Çərşənbə axşamı, 03 Oktyabr 2017 14:10

Bu gün, İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü günüdür

Bu gün, İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü günüdür

Bu gün, məhərrəm ayının on ikisi, Həzrəti Peyğəmbər(s.ə.s)-in övladlarından olan İmam Hüseyn(ə)-ın oğlu, Səccad ləqəbli İmam Zeynəlabidin(ə)-ın şəhadətinin ildönümü günüdür.

 

 

Şiələrin dördüncü imamı, İmam Zeynəlabidin(ə) 38-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb. 

Kərbəla hadisəsi zamanı xəstəlik yatağında olan İmam Səccad(ə) İmam Hüseyn(ə)-ın böyük hərəkatından sonra bu hərəkatın müraciətini yaymaq və möhtərəm atasının yolunu davam etdirmək kimi ağır məsuliyyəti üzərinə götürdü və bu qiyamın mahiyyəti və əhəmiyyətinin göstərilməsi istiqamətində böyük səy göstərdi.

Şiələrin dördüncü imamı İslam mədəniyyəti və sivilizasiyasının əsasının qoyulmasında və əsl Quran təlimlərinin yayılmasında da səy göstərdi və özünəməxsus uzaqgörənliklə müsəlman alimlər yetişdirdi ki, bu yolla Quran və İslam Peyğəmbəri(s.ə.s)-in ənənəsi qorunmuş olsun.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Səccad(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı verir.

Şərh yaz


Məxfi kod
Yenilə