Cümə axşamı, 31 Avqust 2017 12:31

Ərəfə günü günahların bağışlanması günüdür

Ərəfə günü günahların bağışlanması günüdür

Bu gün Zihəccə ayının 9-u ərəfə günü, ibadət günü, günahların bağışlanması və tövbənin qəbul olunması günü, Allah taalanın bəndələrini xüsusi şəkildə özünə tərəf çağırdığı gündür.

 

 

Ərəfə ən böyü islami bayramlardan biridir və kimsə belə bir gündə ərəfatda ola bilərsə bu böyük uğurdur. 

Ərəfə gününün bir çox əməllər və duaları var və belə bir gündə ən  yaxşı əməl duadır. Allahın evinin milyonlarla zəvvarı ərəfə günündə ağ geyinərək, ləbbeyk fəryadları ilə ərəfat səhrasına doğru  yola düşür. 

Hacılar gün batanadək ərəfatda qalacaq və gün batdıqdan sonra Məşərül-Harama doğru hərəkət edəcəklər. Həcc mərasimi zihəccənin 10-da Qurban bayramı günündə dan yeri ağaran zamandan günəşin çıxmasınadək Məşərül-Haramda dayanmaqla davam edir, onlar sonra Mina yurduna gedir və Cəməreyi Əqəbəni Rəmy etdikdən sonra( şeytana daş atdıqdan sonra)  qurbanlıq verir və sonra "Həlq" yaxud " Təqsir" əməlini yerinə yetirirlər. 

Təməttö həccinin vacib əməllərindən biri də zihəccənin 11-12-ci gecələrində günəşin batmasından gecənin yarısınadək Mina yurdunda dolaşmaq və həmin günlərdə üçlük cəməratın rəmy edilməsidir. 

Vəhy diyarının zəvvarlarının öz həcclərini kamil etmək üçün yerinə yetirməli olduqları digər əməllərdən biri də Məkkəyə qayıdaraq təvaf etmək, təvaf namazını qılmaq, Səfa və Mərvə arasında səy etmək, nisa təvafı etmək və nisa təvafı namazını qılmaqdan ibarətdir. 

Şərh yaz


Məxfi kod
Yenilə