Bazar ertəsi, 28 Avqust 2017 12:22

Zilhiccə ayının ilk 10-günlüyündə qılınan namaz: “Əraf” surəsinin 142-ci ayəsinin transkripsiyası və tərcüməsi

Zilhiccə ayının ilk 10-günlüyündə qılınan namaz: “Əraf” surəsinin 142-ci ayəsinin transkripsiyası və tərcüməsi

“Əraf” surəsinin 142-ci ayəsinin transkripsiyası:

Və və ‘ədnə Musə sələsinə ləylətən və ətməmnəhə bi’əşrin fətəmmə miqatu rabbihi ərbə’inə ləylətən və qalə Musə liəxihi Hərunəxlufni fi qavmi və əslih və lə təttəbi'(axırı sakin ‘ayn) səbiləl-mufsidin.
“Əraf” surəsinin 142-ci ayəsi
Zilhiccə ayının ilk 10-günlüyündə şam və xiftən namazları arasında 2-rükətli namaz qılınır. Hər rükətdə “Fatihə” və “İxlas” surələrindən sonra Qurani-Kərimin “Əraf” surəsinin 142-ci ayəsi oxunur. İmam Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.
“Əraf” surəsinin 142-ci ayəsi:

وَوَاعَدْنَا مُوسَى ثَلاَثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً وَقَالَ مُوسَى لأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ

Tərcüməsi: Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».

Şərh yaz


Məxfi kod
Yenilə