Cümə axşamı, 11 May 2017 22:22

İmam zamanın(əc) mövludu günü mübərək olsun!

İmam zamanın(əc) mövludu günü mübərək olsun!

Cümə günü 1438-ci hicri qəməri ili 15 Şaban, 2017-cı milad ili 12 may dünya şiələrinin 12-ci imamı Həzrət İmam Mehdinin (əc) səadətli viladətinin ildönümü gününə təsadüf edir.

Həzrət Mehdi(əc) 255-ci hicri qəməri ilində şəban ayının ortalarında Samirə şəhərində dünyaya göz açır.

Abbasi hökuməti İslam Peyğəmbəri(s.ə.s) və imamların "Mehdi"nin İmam Həsən Əsgərinin(ə) övladı olması ilə bağlı dediklərini əsas götürərək, o həzrəti nəzarət altına almışdılar. Amma, 11-ci imam övladının dünyaya gəlməsi xəbərini gizli saxlayaraq, Abbasilərin bu planını zərərsizləşdirdi.

İmam Həsən Əsgərinin(ə) şəhid olmasından sonra o həzrətin Mehdi(ə) adlı övladının olması xəbəri yavaş-yavaş yayılmağa başladı. Abbasi xəlifəsinin Mehdini(ə) tapmaq üzrə səyləri isə heç bir nəticə vermirdi.

İmam Əli(ə) buyurub: Qeybə çəkilənimizin iki qeybəti olacaq. Biri, digərindən uzun olacaq. Onun qeybdə olduğu müddət ərzində sadəcə onun imamətinə güclü imanı və etiqadı olan şəxslər kamil mərifət sahibi olacaqlar.

Biz Aran Radiosu olaraq İmam Zaman(ə)-ın imamət və vilayətinin başlandığı günün ildönümü münasibətilə Əhl Beyt(ə) davamçılarını təbrik edirik.

Şərh yaz


Məxfi kod
Yenilə