Çərşənbə, 10 May 2017 12:24

Şaban ayının 13, 14 və 15-nin əməlləri

Şaban ayının 13, 14 və 15-nin əməlləri

lk əvvəl qeyd edək ki, Rəcəb, Şaban və Ramazan aylarının 13-cü gecəsi iki rəkət namaz qılmaq bəyəniləndir.
Namazın qaydası:

Hər rəkətdə "Həmd" surəsindən sonra "Yasin", "Mülk" və "İxlas" surələri oxunur.
14-cü gecədə də 4 rəkət eyni qaydada namaz qılmaq tövsiyə olunub. Hər iki rəkətdən bir salamlar verilir. 15-ci gecə isə eyni qayda ilə 6 rəkət namaz qılınır. Hər iki rəkətdən bir salam verilir.

İmam Sadiqdən (ə) nəql olunur ki, hər kim bu əməlləri yerinə yetirsə, bu üç ayın fəzilətini əldə etmiş olacaq və şirkdən başqa bütün günahları bağışlanacaq.

Eyni zamanda Şaban ayının 13-cü günü "Əyyamul-beyz"in ilk günüdür. Bu gün və bundan əlavə, ayın 14-ü və 15-ində də oruc tutmağın çox böyük savabları var.

Qeyd: Şabanın 15-nin (Nimeyi-Şaban) özünün xüsusi əməlləri var və onları da siz əziz oxucularımıza təqdim edəcəyik.

Şərh yaz


Məxfi kod
Yenilə