Bazar ertəsi, 08 May 2017 11:16

Həzrət Əli Əkbərin (ə) səadətli viladətinin ildönümü günü

Həzrət Əli Əkbərin (ə) səadətli viladətinin ildönümü günü

Bu gün bazar ertəsi 11 şəban 1438-ci hicri qəməri ili, 8 may 2017-ci il dünya şiələrinin üçüncü imamı İmam Hüseynin (ə) övladı Həzrət Əli Əkbərinin viladətinin ildönümü günüdür.

Həzrət Əli Əkbər (ə) 33-cü hicri qəməri ili 11 şəbanda Mədinədə dünyaya gəlib. 

Atası dünya şiələrinin üçüncü imamı İmam Hüseyn (ə) və anası Leyla Bint Əbi Mərrədir. 

İmam Hüseyn (ə) onu yaranışda, əxlaqda və ruhi sifətlərdə, davranış və ictimai adətlərdə Rəsul-Əkrəmə (s.ə.s) ən oxşar şəxs adlandırırdı. 

Həzrət Əli Əkbər (ə) 61-ci hicri qəməri ilə 10 Məhərrəmdə Aşura hadisəsində atası və o həzrətin vəfalı yoldaşları ilə birlikdə şəhid oldu və Kərbəlada İmam Hüseynin (ə) kənarında torpağa tapşırıldı. 

Kamal, paklıq və mərdlik  Aşura qəhrəmanlığının böyük şəhidi Həzrət Əli Əkbərin (ə) bariz nümunələrindəndir. 

Yaxşı olar ki, bu rəşadətli və şücaətli gəncin şəxsiyyəti və xüsusiyyətləri ilə tanış olaraq ondan mərdlik, müqavimət, iman və ədəbi öyrənək və o şəhidin nurlu yolunu işıqladacaq nəsli yetişdirək. 

İran İslam Respublikası təqvimində Həzrət Əli Əkbərin (ə) viladəti günü Gənclər Günü adlandırılıb. 

Aran Radiosu Təşkilatı Həzrət Əli Əkbərin (ə) viladətinin ildönümü günü münasibəti ilə bütün dünya müsəlmanları, xüsusilə də şiələri təbrik edir. 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎