Şənbə, 29 Aprel 2017 16:48

Şaban ayının müştərək əməlləri

Şaban ayının müştərək əməlləri

Müqəddəs Şaban ayının da Rəcəb ayı kimi, həm müştərək əməlləri, yəni ayboyu edilə bilinəcək əməllər, həm də xüsusi günlərə aid olan əməlləri vardır.

1. Oruc tutmaq.
2. Hər gün 70 dəfə İmam Sadiqdən (ə) nəql olunan bu zikri demək:
أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ 
Əstəğfirullahə və əs-əluhut təvbəh)
3. Hər gün 70 dəfə aşağıdakı zikri demək:
أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ
(Əstəğfirullahəl-ləzi lə iləhə illə huvər-rahmənur-rahim əl-həyyul-qayyum və ətubu iləyh)
 
4. Fəqir və ehtiyaclı olanlara sədəqə vermək. Həzrət Əlidən (ə) ayın ən yaxşı əməli barədə soruşulduqda, İmam (ə) buyurub: "Sədəqə və bağışlanma diləmə".
 
5. Bütün ay boyu aşağıdakı zikri 1000 dəfə oxumaq:
 
لا إِلَهَ إِلا اللَّهُ وَ لا نَعْبُدُ إِلا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ 
(Lə iləhə illəllahu və lə nə'budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun)
Bu zikr, ay boyu onu oxuyanın əməl dəftərində min ilin ibadəti kimi yazılar. Həzrət Peyğəmbər (s) buyurub ki, bu zikri deyən Qiyamət gün  öz qəbrindən üzü bədrlənmiş ay kimi bərq vuran halda qalxacaq.
6. Bu ayın hər 4-cü günü (cümə axşamı) iki rükət namaz qılmaq. Namazın hər rükətində "Həmd" surəsindən sonra 100 dəfə "Tövhid" ("İxlas") surəsini oxumaq lazımdır. Namazın salamlarından sonra isə 100 dəfə salavat göndərmək. Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: "Bu namazı qılan hər kəsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər və bu günü oruc tutan şəxsin bədəninə cəhənnəm odu haram olar".
7. Həzrət Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) çoxlu salavat göndərmək.
8. Şaban ayının hər günündə şəri zöhr vaxtı və gecə yarısı İmam Zeynəlabidindən (ə) nəql olunan "Salavati-Şabaniyyə"ni oxumaq. («Məfatihul-cinan», səh. 408-411-ə müraciət edin).
 
9. İbn Xalviyyədən nəql edilir ki, bu ayda Həzrət Əli (ə) və onun övladları (ə) bu münacatı oxuyardılar: «Məfatihul-cinan», səh. 412-yə müraciət edin.

Şərh yaz


Məxfi kod
Yenilə