Cümə, 28 Aprel 2017 12:28

Şaban ayı daxil oldu: Şaban ayının birinci gecəsinin və günün əməlləri

Şaban ayı daxil oldu: Şaban ayının birinci gecəsinin və günün əməlləri

Şabanın ilk gecəsinin əməlləri:

«İqbal» kitabında şaban ayının ilk gecəsi üçün çoxlu sayda namazlar qeyd olunmuşdur. Onlardan biri də 12 rəkətli namazdır. Namazın hər rəkətində "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur. Hər iki rəkətdən bir salamlar verilir. 

Şaban ayının birinci gününün əməlləri 

Bu günün orucunun böyük fəziləti var. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının birində oruc tutan şəxsə şübhəsiz ki, cənnət vacib olar». Seyid bin Tavus "İqbal" kitabında Allah Rəsulunun (s) belə buyurduğunu nəql edir: "Allah Şaban ayının ilk üç gününü oruc tutan və gecələrini iki rəkət namaz qılan (hər rəkətdə "Həmd" surəsindən sonra 11 dəfə "Tövhid" surəsi oxunur. insanı yer və göy əhlinin, iblis lənətliyin və hər bir zülmkarın şərrindən amanda saxlayar və onun bir çox günahlarını bağışlayar".

Şərh yaz


Məxfi kod
Yenilə