Bazar ertəsi, 10 Aprel 2017 11:16

Ya Əli (ə), mədəd!

Ya Əli (ə), mədəd!

Əgər fikir vermisinizsə, Əliyə (ə) əlimiz hər yerdən üzüləndə üz tuturuq.

Məni düşündürdü bu məsələ, niyə biz dalana dirənəndə Əliyə (ə) müraciət edirik.

Bəzən bu müraciətimiz səsli olur. "Ya Əli!", "Ya Əli, mədəd!" deyirik.

İslam alimləri deyir, bizim Əlini (ə) çağırmağımız Muhəmməd peyğəmbərə (s) görədir. O, ən çətin vaxtda “Ya Əli!” deyib, Əlini çağırıb. Yəni Əlini (ə) çağırıb, onunla məşvərət edib. Əlinin (ə) ağlına, qəlbinə güvəndiyi üçün, ona etibar etdiyi üçün belə edib.

Biz Əlini (ə) çağıranda, əslində Peyğəmbərimizin (s) etdiyini edirik.

Peyğəmbərin (s) gətirdiyi mənəviyyat dolu elm, ən qüdrətli mənbədən – Allahdan gəlirdi. O zamanın insanlarına gəlmişdi, amma təkcə onlar üçün deyildi. Daha sonra gələcək insanlar və zəkalar üçün idi.

Həzrət Peyğəmbər (s) cahil ərəbləri insanı diri-diri torpağa basdırmaq kimi alçaq, aşağı halından çıxarıb insana dəyər verə bilmək kimi hala gətirə bilmişdi. Peyğəmbər (s) insanların düşüncə tərzində bir dəyişiklik etmişdi və insanlar yanaşma və dəyərləndirmələrində vərdiş etdikləri ölçü müstəvisindən, başqa bir ölçü müstəvisinə keçid etmişdilər.

Necə ki dövrümüzdə 3D ilə əvvəllər baxmadığımız və görmədiyimiz tərzdə görürük, fərqli görürük, o dövrdə də Peyğəmbərimizin (s) gətirdiyi elm və əxlaq vasitəsi ilə insanlar görmədikləri bucaqları aşkar etmişdilər.

Əlinin (ə) elmi Peyğəmbərin (s) elminn eynisi idi. Peyğəmbər (s) Əlini (ə) böyütmüşdü və tərbiyə etmişdi. Ona öz elmini öyrətmişdi. Əlinin (ə) öhdəsinə düşmüşdü ki, bu elmi Peyğəmbərdən (s) sonra insanlara çatdırmaqda davam etsin. Belə olmsaysdı, Peyğəmbər (s) deməzdi ki, onun elminin qapısı Əlidir (ə) və o Həzrət (s), insanları bu qapıdan öz yanına (özünə) dəvət etməzdi.

Peyğəmbərin (s) bu buyuruşuna görə, Həzrət Əli (ə) onun elminin ən yaxşı qoruyucusudur, onu saxlaya bilər və dəyişmədən ötürə bilər.

İslam dinini müxtəlif yollarla öyrənmək olar, amma Peyğəmbərin (s) məhz Əliyə (ə) işarə etməsində xüsusi bir məna və hikmət vardır.

Həqiqətən Əlinin (ə) bizə çatdırdığı elm elədir ki, ona yiyələndikcə Peyğəmbərə (s) çatırsan, o Həzrətə (s) yaxın olursan. Əlinin (ə) elmi ilə Peyğəmbərin (s) özü olmadığı vaxt onun çatdırmaq istədiyini hiss edirsən, qəlbinlə dərk edirsən.

Burada qəlb sözünü təsadüfən işlətmədim. Ona görə qəlb yazıram ki, dərk etmənin əqlin köməyi ilə baş verməsinə baxmayaraq, əqldə baş vermədiyini demək istəyirəm. Əksinə, qəlbdə baş verdiyini bildirmək istəyirəm.

Qəlb barəsində bu nurani bilgini Həzrət Əli (ə) məktəbi vasitəsi ilə öyrənmişəm.

Qurani-Kərimə əsasən qəlb bir deyil, onlarla məsələni əhatə edir. İnsan qəlbinin imkanlarını tanısa, onun nəyə davamlı olduğunu, nədə aciz olduğunu bilsə, özü üçün ən doğru, ədalətli, haqlı seçimlər edər. Özünü kənardan olan ziyanlı təhrik və təsirlərdən qoruyar. Zaman-zaman qarşılaşdığı həyat dalanlarından daha asan və ən əsası – aqibəti xeyirli çıxar.

İnsan olaraq təbiətimiz elədir ki, biz həqiqiətin üstündən keçməklə düşünə bilirik.

Həzrət Əli (ə) bizə Peyğəmbərdən (s) öyrəndiyi metodologiyanı çatdırır. Bütləri, stereotipləri sındırmaq və haqq ilə düşünmək. Haqqı öz yerinə qoymaq. Ədalətlə düşünmək və davranmaq.

Həzrət Əlinin (ə) bu xüsusi qabiliyyəti və ya kəraməti ilə Peyğəmbərin (s) elmi sonrakı insanlra olduğu ilkin formasında, dəyişikliyə uğramadan, düzgün çata bilir.

Həzrət Əlinin (ə) elmi öyrənmə metodologiyası bütün zamanlar üçün keçərlidir, müasirdir. İnsanın fitri imkanlarını nəzərə alır və ona uyğundur.

Bizim dalana girdiyimiz zaman Əlini (ə) çağırmağımız – fitri istəyimizdir. Dalan o yerdir ki, biz artıq orada tükənmişik və halımıza fərqli, vərdiş etdiyimiz haldan kənar yanaşa bilməsək, məhv olarıq.

İmam Əli (ə) – o nurdur ki, əqlimizə işıq saçır və bu işıqla düşüncəmizi hərəkətə gətirə bilirik və tənəzzül etməkdən dayanırıq.

 

Ülviyyə Bədəl

 

Ya Əli (ə), mədəd!



Ya Əli (ə), mədəd!


Ya Əli (ə), mədəd!




Ya Əli (ə), mədəd!

 

Şərh yaz


Məxfi kod
Yenilə