Bazar ertəsi, 03 Aprel 2017 11:43

Rəcəb ayının orucunun günbəgün savabı: 1 gündən 30 günədək oruc tutana Allah nə vəd etmişdir?

Rəcəb ayının orucunun günbəgün savabı: 1 gündən 30 günədək oruc tutana Allah nə vəd etmişdir?

Rəcəb sözünün mənası.

İmam Musa ibn Cəfər (ə) buyurur: “Rəcəb – behiştdə olan o bulağın adıdır ki, süddən də ağ və baldan da şirindir. Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, Allah həmin bulaqdan ona içizdirər”.

Rəcəb və günahların aradan getməsi. İmam Kazım (ə) başqa yerdə buyurur: “Rəcəb – böyük aydır ki, Allah həsənələri onda bir neçə bərabər edər. Günahları aradan aparar. Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, cəhənnəm atəşi 100 il fasilə ilə ondan uzaqlaşar. Hər kim üç gün oruc tutarsa, behişt onun üçün vacib olar”Rəcəb ayında günlərin sayına əsasən tutulan orucların savabları ilə tanış olaq.

1 günün orucunun savabı. “Bilin ki, hər kim Rəcəb ayının bir gününü iman və Allahı razı salmaq üzündən oruc tutarsa, Allahın ən böyük razılığına yaraşanlardan olar. Onun həmin günkü orucu Allahın qəzəbini söndürər. Cəhənnəm qapılarını onun üzünə bağlayar. Əgər yer üzünü qızıl ilə doldursalar və ona versələr – o günün orucundan böyük olmaz. Şam edən zaman on yerinə yetən duası olar. Əgər dünyadan bir şey istəsə - Allah ya onu əta edər, ya da ondan da üstünü onun üçün saxlayar”.

2 günün savabı. “Hər kim Rəcəb ayının iki gününü oruc tutar, səma və yer əhlindən heç kəs Allahın onun üçün olan kəramətini vəsf edə bilməz. Onun üçün ömürlərində bir dəfə də yalan danışmamış on doğru danışanın savabı kimi savab yazılar. Qiyamət günü o on nəfər kimi şəfaət edər və onların zümrəsində məhşur olar, o zamana qədər ki, behiştə daxil olar və onların rəfiqlərindən hesab olunar”.

3 günün savabı. “Hər kim Rəcəb ayının üç gününü oruc tutarsa, Allah onunla cəhənnəm atəşi arasında xəndəq və ya divar qərar verər ki, uzunluğu 70 il fasilə qədərdir. İftar zamanı Allah ona buyurar: “Sənin haqqın mənə vacibdir, Mənim məhəbbət və dostluğum sənə lazımlıdır. Ey Mənim mələklərim! Mən sizi şahid tutaram ki, qədim və yeni günahlarını bağışladım””.

4 günün savabı. “Hər kim Rəcəb ayının dörd gününü oruc tutarsa, bütün bəlalardan, o cümlədən: dəlilik, xora, Dəccalın fitnəsindən amanda olar. Qəbir əzabından amanda olar. Onun üçün tövbə edib qayıdan aqillərin savabı kimi savab yazılar. Əməl dəftərini ilk ibadət edənlərin zümrəsində sağ əlinə verərlər”.

5 günün savabı. “Hər kim Rəcəb ayının beş gününü oruc tutarsa, Allahın öhdəsindədir ki, onu Qiyamət günü razı salsın. Qiyamət günü o halda məbus olacaqdır ki, üzü on dörd günlük Ay kimi parlayacaqdır. Qumların sayı qədər ona həsənə yazılacaqdır. Hesab vermədən onu behiştə apararlar və ona deyərlər: “Hər nə istəyirsənsə, Allahdan istə””.

6 günün savabı. “Hər kim Rəcəb ayının altı gününü oruc tutarsa, qəbrindən o halda qalxacaqdır ki, üzü günəşin nurundan da çox parlayacaqdır. Bundan əlavə, ona elə nur əta olunacaqdır ki, aydınlığından məhşər əhli bəhrələnəcəkdir. Qiyamət günü əzabdan amanda olanların zümrəsində məhşur olacaqdır, o zamana qədər ki, hesab vermədən Siratdan keçəcək, ata və anasının narazılığından və qohumluq əlaqəsini kəsməkdən amanda qalacaqdır”.

7 günün savabı. “Hər kim Rəcəb ayının yeddi gününü oruc tutarsa, Allah hər günün orucu qarşısında cəhənnəmin yeddi qapısını onun üzünə bağlayacaqdır. Bədənini cəhənnəm atəşinə haram edəcəkdir”.

8 günün savabı: “Hər kim Rəcəb ayının səkkiz gününü oruc tutarsa, Allah hər günün orucu qarşısında behiştin səkkiz qapısını onun üzünə açacaqdır və ona buyuracaqdır: “Onların hansından istəsən, daxil ol””.

9 günün orucu. “Hər kim Rəcəb ayının 9 gününü oruc tutarsa, qəbrindən o halda çıxacaqdır ki, dili “Lə iləhə illəllah” deyəcəkdir. Heç bir şey ona behiştə daxil olmağa mane olmaz. Qəbrindən nurani sima ilə çıxacaqdır və üzünün nuru məhşər əhlini elə əhatə edəcəkdir ki, deyəcəklər: Bu, seçilmiş peyğəmbərdir. Ona verilən ən az savab odur ki, hesab vermədən behiştdə daxil olacaqdır”.

10 günün savabı. “Hər kim Rəcəb ayının on gününü oruc tutarsa, Allah ona yaqut və mirvari ilə bəzənmiş iki yaşıl qanad verəcəkdir ki, o iki qanadla Siratdan işıq sürəti ilə keçəcək və behiştə daxil olacaqdır. Allah günahlarını həsənəyə çevirəcəkdir. Adı, Allaha görə ədalət üçün ayağa qalxan müqərribanların zümrəsində qeydə alınacaqdır. Sanki Allaha 100 il səbirlə, mətanətlə və Allah rizası üçün ibadət etmişdir”.

11 günün savabı. “Hər kim Rəcəb ayının 11 gününü oruc tutarsa, Qiyamət günü heç bir bəndə onun qədər mükafat almayacaqdır, məgər o kəs ki, onun kimi oruc tutmuşdur”.

12 günün savabı. “Hər kim Rəcəb ayının 12 gününü oruc tutarsa, Qiyamət günü ona iki yaşıl nazik ipəkdən libas geyindirərlər və onunla bəzəyərlər. O libaslar elədir ki, əgər onlardan birini dünyadan assalar, şərqdən qərbə qədərini aydınlandırar və dünyanı müşk ətirli edər”.

13 günün savabı. “Hər kim Rəcəb ayının 13 gününü oruc tutarsa, Qiyamət günü ərşin kölgəsində onun üçün yaşıl yaqutdan masa qoyarlar ki, ayaqları mirvaridəndir. Uzunluğu dünyanın 70 bərabəridir. Üzərində yaqut və mirvaridən sinilər vardır ki, hər sinidə 70 min növ yemək olar ki, rəngində və iyində bir-birinə bənzəməz. O, həmin yeməklərindən o halda yeyər ki, başqaları böyük əziyyət və qəmdə qərar tutarlar”.

14 günün savabı. “Hər kim Rəcəb ayının 14 gününü oruc tutarsa, Allah onun mükafatında behiştin o qədər sarayını əta edər ki, heç bir göz görməmiş və heç bir qulaq eşitməmişdir. O sarayların hamısı mirvari və yaqutdan inşa edilmişdir”.

15 günün savabı. “Hər kim Rəcəb ayının 15 gününü oruc tutarsa, Qiyamət günü yeri o kəslərin yeri olar ki, Allahın əzabından amandadırlar. Heç bir mələk və ya peyğəmbər yanından keçməz, məgər o halda ki, deyər: “Xoş olsun sənin halına ki, Allahın əzabından amandasan. İlahi dərgahda qürb və məqam əldə etmisən. Başqalarının qibtəsinə səbəb olmusan. Sonsuz sevinc ilə behiştin sakini olacaqsan”.

16 bgünün savabı. “Hər kim Rəcəb ayının 16 gününü oruc tutarsa, o kəslərin zümrəsində olar ki, ilk olaraq nur miniklərinə minər. Behiştin geniş fəzasında rəhmət sarayına tərəf uçar”.

17 günün savabı. “Hər kim Rəcəb ayının 17 gününü oruc tutarsa, Qiyamət günü onun üçün Siratda 70 min çıraq qoyarlar ki, o çıraqların nuru ilə Siratdan keçsin və behiştə daxil olsun. Mələklər onu “xoş gəlmisən” və salamla qarşılayarlar”.

18 günün savabı. “Hər kim Rəcəb ayının 18 gününü oruc tutarsa, cavidan behiştdə İbrahim qübbəsində olan mirvari və yaqut taxtların üzərində o Həzrətə yaxın olar”.

19 günün savabı. “Hər kim Rəcəb ayının 19 gününü oruc tutarsa, Allah onun üçün cavidan behiştdə Adəm (ə) və İbrahimin (ə) qəsri yanında mirvaridən saray inşa edəcəkdir. O, bu iki peyğəmbəri salamlayacaqdır və onlar da ona ehtiram göstərərək, salam verəcəklər. Onun üçün bu ayda tutduğu hər günün orucu üçün min ilin orucunun savabı yazılacaqdır”.

20 günün savabı. “Hər kim Rəcəb ayının 20 gününü oruc tutarsa, sanki Allaha 20 min ibadət etmiş kimi olar”.

21 günün savabı. “Hər kim Rəcəb ayının 21 gününü oruc tutarsa, Qiyamət günü sayları Rəbih və Muzzər qəbiləsinin sayı qədər çoxlu günahları və xataları olanlara şəfaəti qəbul olacaqdır”.

22 günün savabı. “Hər kim Rəcəb ayının 22 gününü oruc tutarsa, carçı səmadan car çəkəcəkdir: “Ey Allah dostu! Allah tərəfindən olan əzəmətli kəramətə, peyğəmbərlərlə, doğruçularla, şəhidlərlə və Allahın nemət əta etdiyi layiqlilərlə yoldaş olmağa görə sənə müjdə olsun!”.

23 günün savabı. “Hər kim Rəcəb ayının 23 gününü oruc tutarsa, səmadan ona nida edilər: “Xoş olsun halına, ey Allah bəndəsi ki, az əziyyət çəkdin və çoxlu nemətlərdən faydalanırsan. Allahın böyük savabına çatırsan və salamat sarayında Allah Xəlilinin (ə) kənarında sakin olursan”.

24 günün savabı. “Hər kim Rəcəb ayının 24 gününü oruc tutarsa, ölüm mələyi əyninə yaşıl ipəkdən libas geyinmiş və behişt atına minmiş cavan şəklində ona nazil olacaqdır. Bir əlində yaşıl rəngli ipək parça olacaqdır ki, müşklə ətirlənmişdir. O biri əlində qədəh olacaqdır ki, behişt içkisi ilə doludur. Onu can verən zaman sirab edəcəkdir və ölümün çətinlikləri onun üçün asan olacaqdır. Sonra ruhunu o yaşıl parçaya qoyacaqdır və ondan elə xoş ətir qalxacaqdır ki, yeddi qatlı səmanın sakinləri ondan bəhrələnəcəklər. Sonra qəbrində sirab halda yatacaqdır. Qiyamət günü də sirab halda dirilərək, Kövsərin kənarında Peyğəmbərə (s) qovuşacaqdır”.

25 günün savabı. “Hər kim Rəcəb ayının 25 gününü oruc tutarsa, o halda qəbirdən xaric olacaqdır ki, əllərində mirvari və yaqutdan bayraq olan 70 min mələk behişt zinət və libasları ilə onu qarşılayacaqlar və deyəcəklər: Ey Allahın dostu! Allaha tərəf tələs! O, Allahın müqərribləri ilə ki, Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar cavidan behiştə daxil olacaqdır”.

26 günün savabı. “Hər kim Rəcəb ayının 26 gününü oruc tutarsa, Allah onun üçün ərşin kölgəsində mirvari və yaqutdan yüz saray inşa edəcəkdir ki, hər sarayın başında behiştin qırmızı ipəyindən xeymələr qərar tutacaqdır. O, rifah içində həmin xeymələrdə sakin olacaqdır, o halda ki, insanlar hələ də öz hesablarına görə giriftar olacaqlar”.

27 günün savabı. “Hər kim Rəcəb ayının 27 gününü oruc tutarsa, Allah qəbrini 400 il qədər uzadar və bütün bu məsafəni müşk və ənbərlə doldurar (ətirləndirər)”.

28 günün savabı. “Hər kim Rəcəb ayının 28 gününü oruc tutarsa, Allah onunla cəhənnəm atəşi arasında 9 xəndək hail edər ki, hər bir xəndəyin bir-biri ilə olan fasiləsi yerlə göyün arasında olan 500 ilin fasiləsi qədər olar”.

29 günün savabı. “Hər kim Rəcəb ayının 29 gününü oruc tutarsa, Allah onu fidyə alan olsa da bağışlayar, əgər 70 dəfə zina edən qadın olsa və bu orucları ilə Allahdan razılıq və cəhənnəmdən xilas olmaq istəyərsə, Allah onu da bağışlayar”.

30 günün savabı. “Hər kim Rəcəb ayında 30 gün oruc tutarsa, carçı səmadan car çəkər: Ey Allah bəndəsi! Keçmiş günahların bağışlandı və indi əməllərinə başdan başla və gələcəyindən müğayat ol. Allah ona behiştdə bağlar əta edər ki, hər bir bağda qızıldan 40 min şəhər olar. Hər şəhərdə 40 min saray olar və hər sarayda 40 min otaq olar. Hər otaqda qızıldan 40 min süfrə olar ki, hər süfrəyə 40 min kasa qoyular. Hər kasada 40 min növ yeyəcək və içəcək qərar tutar ki, hər birinin özünəməxsus rəngi vardır. Hər otaqda 40 min qızıl taxt olar ki, hər taxtın uzunluğu 2 min zərə (məsafəni göstərir) olar”.

Rəcəb ayının orucu ilə bağlı İmam Rza (ə) buyurur: “Allah Muhəmmədi (s) Rəcəb ayından 3 gecə keçəndən sonra risalətinə məbus etmişdir. Ona görə də bu günün orucu 70 ilin orucu kimidir”.(Deyerler.org)

 

Hazırladı: Məşhədi Xanım,

 

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎