HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (180)

Aran Radiosu-Həbsdə olan Azərbaycan İslam Partiyasının lideri ilə bağlı yeni məlumat var.

Möhsün Səmədovun vəkili Anar Qasımlının FaktXəbər-ə verdiyi məlumata görə, Qobustan həbsxanasında onunla görüşə süni maneə yaradılıb. Anar Qasımlı bildirib ki, Möhsün Səmədovla görüşə görə ondan icazə vərəqəsi tələb olunub, halbuki bu sənədin tələb olunması qeyri-qanunidir. Vəkil onu da qeyd edib ki, artıq görüşə icazə verilməsi ilə bağlı aidiyyatı quruma müraciət olunacaq.
“Möhsün Səmədovun Qobustan həbsxanasına göndərilməsi və orada çətin şəraitdə saxlanması bizi narahat edir” - bu sözləri isə AİP-in sədr əvəzi Elçin Manafov FaktXəbər-ə bildirib:
“Möhsün Səmədovun çətin şəraitdə saxlanması və görüşə icazə verilməməsi hamıda narahatlıq yaradıb. Nəzərə alsaq ki, Möhsün Səmədovun səhhətində əvvəllər də problemlər var idi, indiki halda onun bu ağır şəraitdə saxlanması səhhətinin sual altında qalmasından xəbər verir. Bununla bağlı bir çox dövlət qurumlarına müraciət hazırlanıb. Biz bununla bağlı həyəcan təbili çalırıq. AİP  bir dəfə bu qanunsuzluğun ağır zərbəsini alıb. Vaxtında səhhəti ilə bağlı müraciətlərimizə baxılmadığı üçün partiyadaşımız Vaqif Abdullayevi həbsxanada itirdik. Bu halın ikinci dəfə təkrarlanmağını istəmirik.”

Aran Radiosu-12 il azadlığdan məhru edilən və ciddi həbsxana rejimində saxlanılan Azərbaycan İslam Partiyasının sədri hacı Möhsün Səmədovun səhhətində kəskin problemlər yaranıb.
Dünən, ciddi rejimli Qobustan qapalı həbsxanasında ailəsi AİP lideri Dr. Möhsün Səmədovla görüşüb. Görüş bir metrlik dəmir barmaqlıq arxasında baş tutub və ona ailəsi ilə birgə oturub danışmağa icazə verilməyib.
Bu barədə "İslaminsesi"nə Səmədovun həyat yoldaşı Mehparə xanım bildirib.
Onun sözlərinə görə, Səmədovun səhhətində ciddi problemlər yaranıb: Ürəyində və böyrəyində kəskin ağrılar baş verir. Saxlanma şəraiti dözülməzdir, üzərində ciddi nəzarət var. Qanuni karantin müddəti 14 gün olsa da, daha çox saxlanılıb. Bu müddət ərzində evdən göndərilən ərzaqlar ona çatdırılmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, vəkilin onunla görüşməsinə içazə verilməyib. Hacı bütün dostlarına və həmfikrlərinə salam göndərib.
Qeyd edək ki, AİP rəsmiləri vəkil vasitəsilə Dr. Səmədovun müalicə müəssisəsinə göndərilməsi üçün müraciət edəcəklərini bildiriblər.
Dr. Möhsün Səmədov 2011-ci ildən həbsdədir. O hicab qadağasından sonra hakimiyyəti tənqid etdiyinə görə 12 il müddətinə azadlığdan məhrum edilib.

Səhər TV, xəbərlər— “12 saylı həbsxananın şöbə rəisi Babək İsgəndərov və digər rəhbər şəxslər psixoloji gərginlik yaratmaqla Tale Bağırovu cinayətə sürükləmək istəyirlər. Lakin Tale Bağırovun təxribata getməməsi həbsxana rəhbərliyinin planının baş tutmamasına gətirib çıxarıb.” 

Bu sözləri AzadXeber -ə ilahiyyatçı alim Tale Bağırovun vəkili Zaman Səmədov söyləyib.

 

Vəkilin sözlərinə görə, həbsxana rəhbərliyi bəhanə kimi ilahiyyatçının üzündə tük olmasını əsas gətirərək onu daxili nizamnamə qaydalarını pozmaqda ittiham edib:

 

“Tale Bağırov isə ümumi üz qırxan aparatın kütləvi şəkildə istifadə olunmasına görə ondan istifadə etmədiyini və axşama qədər yaxınları tərəfindən göndərilən aparatın gələcəyini söyləyib. Bunu bəhanə edən Babək İsgəndərov adlı şöbə rəisi Tale Bağırova əl-qol atıb ki, konflikt yaransın. Lakin ilahiyyatçı təxribata getməyib. Tale Bağırov hazırda da psixoloji gərginlik altında saxlanılır.“

 

Qeyd edək ki, 12 saylı həbsxana rəhbərliyinin məhkəməyə təqdim etdiyi təqdimat əsasında məhkəmə Tale Bağırovun 8 ay müddətinə Qobustan qapalı tipli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb.

Aran Radiosu- Bu gün Qaradağ rayon məhkəməsində ruhani Abgül Süleymanovla bağlı daxili məhkəmə iclası keçirilib.


İslamazeri -nin verdiyi xəbərə görə, məhkəmə ruhani A.Süleymanovun daxili nizamnaməni pozma ittihamı ilə 1 illik Qaradağ rayonundada qapalı tipli həbsxanaya göndərilməsi üçün qərar çıxarıb.
Abgül Süleymanov bütün bu qərarları sifarişli adlandırıb.
Xatırladaq ki, ruhaninin həbsindən 3 il 4 ay ötüb və həbsinin böyük hissəsini qapalı həbsxanalarda: (MTN, Kürdəxanı, Qobustan Xüsusi rejimli qapalı həbsxana və 13-də aylarla "kars"da) keçirib.
Qeyd edək ki, son günlər AİP lideri Möhsün Səmədov, Tale Bağırova da bu cür cəza tətbiqinə başlayıblar.

İlahiyyatçı alim, vicdan məhbusu Tale Bağırovun Qaradağ rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.


Məhkəmə zamanı Tale Bağırovun 8 ay müddətinə Qobustan qapalı həbsxanasına köçürüləcəyi qərarı verilib. Bu barədə AzadXeber saytına ilahiyyatçının vəkili Anar Qasımlı bildirib. Vəkil əlavə edib ki, buna səbəb kimi Tale Bağırovun daxili qayda-qanunları pozması və ardıcıl karserə salınması göstərilib.
Vicdan məhbusu Tale Bağırov buna qədər 12 saylı Cəzçəkmə Müəssisəsində karserə salınmışdı. Həbsxananın vahid forma geyiminə riayət etməməsi bəhanəsi ilə Tale Bağırov 1 ay karserdə saxlanılmışdı.

 

AİP bəyanat yaydı: Vicdan məhbuslarına qarşı qərəzə son qoyulsun.


Azərbaycan İslam Partiyası Hacı Möhsün Səmədovla bağlı Apellyasiya məhkəməsinin hökmünə kəskin etiraz bildirərək  bununla bağlı bəyanat yayıb.


Bəyanatda deyilir:


Dünən (noyabrın 24-də)  apellyasiya məhkəməsində AİP sədri hacı Möhsün Səmədovun Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsindən iki il müddətinə qapalı tipli həbsxanaya köçürülməsinə dair məhkəmə hökmündən apellyasiya şikayətinə baxılıb.  Məhkəmə baxışı 2011-ci ildən bəri M. Səmədov barədə aparılan istintaq və məhkəmə proseslərindən məzmun və mahiyyəyti etibarı ilə heç nədə fərqlənməyib. Hakim əvvəlki instansiyanın hökmünü heç bir əsaslı səbəb olmadan qüvvədə saxlayıb.
Bu hökmün sifariş əsasında verilməsinə şübhə etməyən Möhsün tərəfdarları məhkəmə zalından başlayaraq, bu ədalətsiz hökmə qarşı öz etiraz səslərini ölkə ictimaiyyətinə, beynəlxalq qurumlara çatdırmağa çalışırlar. İctimai proseslərə, siyasi avanturaya, ədalətsizliyə, qanunsuzluğa, ayrı-ayrı insanların, bütövlükdə cəmiyyətin təməl haqlarının şəxsi hakimiyyət maraqlarına və onun mənimsənilməsi proseslərinə qurban verilməsinə qarşı çıxan inanclılara divan tutulması, xalqa xəyanətdən başqa bir şey deyil.
Azərbaycan İslam Partiyası baş verənlərə, siyasi sifarişlə günahsız insanların incidilməsinə, azadlıq hüquqlarına təcavüz və qəsdlərə kəskin etirazını bildirir, cəmiyyəti radikal addımlar atmağa təhrik edən haqsızlılğın son həddə qədər çatdırılmasını xalqa düşmənçilik kimi qiymətləndirir.
Hesab edirik ki, Qərb dairələrinin, İslamın düşməni olan dünya sionizminin Azərbaycanda hədəf proqramının tərkib hissəsi olan İslam Partiyasına, bütövlükdə bu siyasi və mənəvi ideyanın daşıyıcıları olan dini cameəyə qarşı savaşı baş verən olaylarda özünü göstərməkdədir.
Biz Azərbaycan hakimiyyətindən bu haqsızlığı dayandırmağı, vicdan məhbuslarına qarşı qərəzə son qoymağı, ölkənin vətənpərvər övladlarını özlərinin konyektur maraqlarına satmamağı, xalqımızın sağlam mənəvi gələcəyini düşünərək geri çəkilmələrini tələb edirik.Bir daha bəyan edirik ki, haqq qalib gələcək, günahsız insanları  həbsxanalarda  çürüməyə  məhkum edənlər cəzalarına çatacaqlar.

Bu gün saat 11-də Azərbaycan İslam Partiyasının lideri Dr. Möhsün Səmədovun apellyasiya məhkəməsi keçirilib. Hakim AİP liderinin 2 il müddətinə Qobustanda qapalı rejimdə qalması qərarını qüvvədə saxlayıb.
FaktXəbər-in verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının lideri Dr. Möhsün Səmədovun apellyasiya məhkəməsi keçirilib. AİP liderinin 2 il müddətinə Qobustanda qapalı rejimdə qalması qərarı etirazlara səbəb olub.

AİP lideri Dr. Möhsün Səmədovun heç bir səbəb göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindən yeri dəyişdirilərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi, orada isə dərhal “karser”ə salınması, təyin olunan müddət bitməmiş üstünə yenə əlavə olunması, təzyiq altında saxlanması, daha sonra isə oradan da Qobustan ciddi rejimli həbsxanaya köçürülməsi narazılığa səbəb olub. Dindarlar partiya liderini dəstəkləmək üçün məhkəmənin qarşısına toplaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikası orta məktəblərində hicab qadağan edildikdən sonra, Hacı Möhsün Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxış edib.  5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Dr. Möhsün Səmədov12 il azadlıqdan məhrum edilib.

Ali Məhkəmədə ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib.


Bu barədə Hacı Abgül Süleymanovun vəkili Cavad Cavadov İslamazeri saytına  məlumat verib.
Vəkil bildirib ki, dünən Hacı Abgül Süleymanovun Azərbaycan Respublikası Ali Məhkəməsində apellyasiya məhkəməsinin yekun qərarından (yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair qərarından) kassasiya şikayətinə baxılmışdır. Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlanılmasına dair qərar qəbul etmişdir. Bu qərar gözlənilən idi. İndi Avropa Məhkəməsinə müraciət edəcəyik. Həmçinin Abgül Süleymanovun həbsxayana keçirilməsinə dair qərardan Avropa Məhkəməsinə artıq şikayət göndərilib.

Keçmiş hicab məhbusu deyir ki,  hələ də Azərbaycan Respublikasında hicab qadağası tam ləğv edilməyib. Buna görə də hüquqi müstəvidə mübarizə davam etdiriləck.
İslaminsesi saytına müsahibədə keçmiş məhbus Aydın Məmmədov deyib: Məhkumluq həyatının geridə qalmasına baxmayaraq, uğrunda mübarizə apardığımız məsələlər hələ öz həllini tapmayıb. Hələ də onlarla əqidə dostumuz , ruhanilərimiz həbsdədir. Hicab problemi də tam həllini tapmayıb. Bu qadağa əslində qanunların pozulması deməkdir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilən keçmiş hicab məhbusu xatırladıb: Hüquqi müstəvidə mübarizəmizi haqq işimiz nəticə verənə qədər davam etdirəcəyik.

Noyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində Hakim Mirzəli Abbasovun sədrliyi ilə Azərbvaycan İslam Partiyasınmın sədri Dr. Möhsün Səmədovun Qaradağ rayon məhkəməsinin 9 oktyabr tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb.
İslamazeri.az-ın verdiyi xəbərə görə, Dr. Möhsün Səmədovun vəkili Anar Qasımlı vəsatət qaldıraraq müvəkkilinin məhkəmə dövrü müddətində Bakı İstintaq Təcridxanasında saxlanımasını xahiş edib. Vəkil bunu onunla əsaslandırıb ki, o hal-hazırda saxlanıldığı həbsxanada cərimə kamerasındadır və məhkəmə müddətinə qədər Bakı İstintaq Təcridxanasında saxlanılması daha məqsədəuyğundur.
Növbəti məhkəmə iclası 24 noyabra təyin edilib. Dr. Səmədov hicab qadağası ilə əalqədar hökuməti sərt tənqid etdiyinə görə 12 il azadlıqdan məhrum edilib.