HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (184)

Son zamanlar İslamçı məhbusların qapalı tipli həbsxanaya göndərilməsi artıb, belə ki, bu yaxınlarda 14 saylı CÇM-də həbsdə olan hicab məhbuslarından biri də Qobustana-qapalı həbsxanaya göndərilib

 14 saylı CÇM-də həbsdə olan və  5 il 6 ay azadlıqdan məhrum edilmiş hicab məhbusu İlham Hətəmov  qapalı tipli həbsxanaya göndərilib.

Bu haqda məlumat yayan "Cenubnews" İnternet Qəzeti  ötən gün İslamçı məhbus İlham Hətəmov və 14 saylı CÇM-də həbsdə olan digər beş məhbusun qapalı -  Qobustan həbsxanasına köçürüldüyünü yazıb.

Məhbusların "krıtı"ya hansı səbəbə və məhkəmənin bu haqda nə vaxt hökm verməsi də məlum deyil.

 

Aran Radiosu- Apellyasiya məhkəməsi tanınmış ruhani Hacı Abgül Süleymanov barəsində çıxarılan 1 il müddətinə qapalı cəzaçəkmə müəssisəsinə köçürülməsi qərarı qüvvədə saxlayıb.
Dünən Bakı Apellyasiya Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib. İslamazeri.az saytı məlumat yayıb ki , prosesdə ilkin olaraq çıxış edən Abgül Süleymanovun vəkili Cavad Cavadov müvəkkili barəsində Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərarın əsassız olduğunu və həbsxana rəhbərliyi tərəfindən təqdim edilən təqdimatdakı faktların heç bir sübutu olmadığını deyib.
Vəkilin sözlərinə görə, Abgül Süleymanov barəsində çıxarılan uzun müddətli həbs qərarının əsassız olmasına baxmayaraq, hazırda ona həbs həyatını rahat formada yaşamağa imkan vermirlər: ”Görünür 13 saylı CÇM-nin rəhbərliyi Abgül Süleymanova qarşı qərəzli mövqe tutub. Hazırda ittiham təqdimatında da göstərilən məsələlər eyni ilə bundan öncəki təqdimatın köçürülməsidir”.
Məhkəmədə danışmaq üçün söz alan Abgül Süleymanov bildirdi ki, ona qarşı baş verənlər köklü şəkildə araşdırılmalıdır: “Məni 21 oktyabr 2014-cü ildə 15 sutkalıq "kars"a saldılar. 15 sutkalıq "kars" müddətim qurtarmamış yenidən 15 sutka da artırdılar. Həmin dövrdən etibarən mənə qarşı baş qaldırmış bu təzyiqlərin səbəbini bilmək istəyirəm. Nəhayət, həbsxana rəhbərliyi tərəfindən barəmdə Qaradağ Rayon məhkəməsinə  təqdimat verildi və mənimlə bağlı məlum qərar çıxarıldı”.

Nəhayət müdafiə tərəfinin heç bir vəsatətini yerinə yetirmədi və birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı.

Xatırladaq ki, mübariz ruhani Hacı Abgül Süleymanov 2011-ci il avqust ayının 11- MTN əməkdaşları tərəfindən həbs edilib. Ruhani 1 il Milli Təhlükəsizlik Nazirliyində saxlanıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 11 il həbs qərarı verib. Ruhani bundan öncə də 6 ay 8 saylı qapalı cəzaçəkmə müəssisəsində saxlanılıb.
 

Aran Radiosu- -Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı tanınmış islamçı məhbuslar barədə yazıb: "Onlar içəridə deyil, çöldə olmalı və bu millətin mənəviyyatının inşa olunmasında milli görəvlərini icra etməlidirlər".

FaktXəbər-in məlumatına görə, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı öz facebook səhifəsində yazıb: Hacı Abgül, Hacı Möhsün, Hacı Taleh kimi adamların dini mənsubiyyəti yoxdur, milli mənsubiyyəti var. Onlar bütün Azərbaycana lazımdır və siyasi və vicdan məhbusları kimi bütün ölkə vətəndaşları tərəfindən müdafiə olunmalıdırlar.
Əvəz Zeynallı qeydlərini belə davam etdirir: Hacı Abgül bir millətə, bir dövlətə nümunə olacaq adamlardandır, bir "zon" onunla yalnız fəxarət duya bilər. Hacı Abgülü buna görə "krıtı"ya göndərdilər; nüfuzlu və hörmətli dustaq olduğuna görə...

"Xural" qəzetinin baş redaktoru sözlərini belə davam etdirir: Mən Hacı Abgüllə Bakı İstintaq Təcridxanasının "boks"unda tanış olmuşam. Təpədən-dırnağa qədər iman adamıdır Hacı Abgül. Cəsarətlidir. İmanlıdır. Gələcəyə inamı var. Azərbaycanı canı kimi sevir. İslam uğrunda baş qoyar. İslam dininin indiki zamanında Hacı Abgül kimi adamlar Azərbaycanın milli maraqlarına lazımdır. Onlar içəridə deyil, çöldə olmalı və bu millətin mənəviyyatının inşa olunmasında milli görəvlərini icra etməlidirllər. Onların içəridə olması milli maraqlara xidmət etmir.

 

Çərşənbə axşamı, 03 Fevral 2015 23:33

Ruhullah Axundzadə Avropa məhkəməsindən imtina etdi

Yazan

Aran Radiosu- İslam Peyğəmbərinə olan ihanət, təhqiramiz karikatura ilə Dünya müsəlmanlarının əqidəsi ilə oynayan məlum jurnala, əməkdaşlarına və eləcə də bu ihanət dolu təhqiramiz karikaturanı yayan mətbu orqanlara, başda Fransa hakimiyyətina etiraz
Bəyanatı

Bismillahir-Rəhmanir-Rəhim!

Mən Axundzadə Ruhullah Höccətullah oğlu 2011-ci ilin yanvarın 21-dən həbsdəyəm. Və heç bir cinayət etmədiyim halda böhtan-yalan dolu, qondarma ittihamlarla 11 il 6 ay müddətinə həbsə məhkum olunmuşam. Prosedur qaydasına görə etapları keçəndən sonra Avropa insan hüquq və azadlıqları məhkəməsinə müraciət etmişəm. Hal-hazırda hüquqlarımın bərpası, ədalətli qərar, sonda bəraət hökmü almaqdan ötrü sənədlər Avropanın Fransa ölkəsindəki Strasburq Məhkəməsində növbə gözləyir. Azərbaycanda hüquqlarımın müdafiəsi ilə vəkil Anar Qasımlı və Fransada da bir fransız vəkilim məşqul olur.
Yanvar 2015-ci il tarixdə Fransada məlum jurnalın ofisinə hücum və terror nəticəsində həlak olmuş mətbuat işçilərinə görə çox narahat oldum. Belə terror əməllərinin təşkilatçılarına, bu soyuq ölümü, vəhşiliyi törədənlərə nifrətimi bildirirəm. Lakin, iki “əlqaidə” terrorçusunun “müəmmalı hücumu” və onların diri deyil öldürülməsi ilə “zərərləşdirilməsi, həqiqətin gizlədilməsi, mənim şəxsi düşüncəmlə Amerikada “ təşkil” edilmiş 2001-ci il 11 sentyabr “oyununa” bənzəyir ki, dünyada islamafobiya və Əfqanıstanın, İraqa təcavüz, işğalçılığı başda dururdu.
Mən bu yazımı müraciətimi Avropa Birliyindəki məlum Strasburq məhkəməsinə ünvanlamaqla, ona görə mətbuatda yayımlayıram ki, Avropa ölkələri əksəriyyəti tək Allahlı olmaqla İsa (ə.s) Peyğəmbərin dinində, məsihi əqidəsindədirlər. Və istər İsayi Ruhullah, istərsə Musayi Kəlimullah (ə.s) –lar (əgər axtarış aparılsa bütün Peyğəmbərlər (ə.s) -lar İslam Peyğəmbəri Muhəmməd (və ya Əhməd ) ( s.ə.v.s)-ın Xatəmül- Ənbiya olduğunu kitablarında, sühuhlarında, Zəbur, Tövrat və incildə açıq aşkar bəyan etmişlər.
Və İslam Peyğəmbərinin (s.ə.v.s)-ın, səhih hədislərindən bizə məlumdur ki,-“Əli (ə.s)-a ihanət, düşmənçilik etmək, mənə və mənə ihanət, Allaha hörmətsizlik, düşmənçilik, ihanət və əzab-əziyyət verməkdir…!
Buyurun Cənablar və Xanımlar! Müsəlman və ya qeyri Müsəlman, tək Allahlılar! Mən sual edirəm. Peyğəmbərlərə həqarət, ihanət Allah-Təalaya qarşı (nəuzi billah) ihanət hesab etsək (bu belə də qəbul edilməlidir) bu işin təşkilatçıları, həyata keçirənlər, susub tamaşa edənlər dinsiz sayılır ya yox? Allah-Təalaya düşmən olan, şeytana dəstək verən bir ölkə dərgisi əməkdaşları, o ölkə hüquq müdafiəçiləri, başda ölkə hakimiyyəti, Allah dəstəsində özünü görən əqidə sahibinin hüquqlarının bərpasına necə çalışa bilər? Əgər hüquqlarımı bərpa etmiş olsalar belə mənə lazım deyil. Allah düşməninin, düşmənlərinin lütfkarlığına ehtiyacım yoxdur. Odur ki;

Bəyan edirəm

1. Fransalı müdafiəçimdən imtina etməklə Fransanın Strasburq şəhərində insan hüququ və azadlıqları məhkəməsində növbə gözləyən sənədlərimin geri qaytarılması ilə şikayətimə baxılmasından imtina edirəm.

2. Hüquqlarımın müdafiəsi ilə ölkəmin və eləcə də İ.K.T-nın müvafiq əməkdaşları təqsirsizliyimin ölkəm başçısı tərəfindən gündəmə gətirilməsi və şəxsi nəzarəti ilə yenidən ölkəmdə Ali məhkəmə və ya digər instansiyalarda baxılmasını arzu edirəm.
P/S Əgər hüquqlarım Ölkəmin başçısı, məlum məhkəmələr və eləcə də İ.K.T-ı tərəfindən ədalətli həllin tapmazsa, Əli (ə.s) xatirinə mənə oxunmuş 11 il 6 ay müddətli məhbəs həyatını sidqi ürəklə yaşamaq amal, əqidəm hesab edilsin!

Allahın düşmənlərinə lənət olsun! Amin! Vəssəlam!
İmza: Axundzadə Ruhullah Höccətullah oğlu
(sənədlərdə Axundzadə Rufulla Höccət oğlu)
25 yanvar 2015-ci il.

Aran Radiosu- Mübariz ruhani Hacı Abgül Süleymanovunun vəkilinin müvəkkilinin qapalı rejimli həbsxanaya göndərilməsinə etiraza Bakı Apellyasiya məhkəməsində baxılıb
 

Bu barədə islamazeri.az-a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, gözləmədikləri halda 28 yanvarda ruhani Hacı Abgül Süleymanovun işiylə bağlı BakıApellyasiya Məhkəməsində proses keçirilib. Növbəti iclas isə 4 fevral 11:30-a təyin edilib.

Xatırladaq ki, Abgül Süleymanov 2011-ci il avqust ayının 11-də həbs edilib. İlahiyyatçı narkotik maddə satmaqda və istifadə etməkdə, qanunsuz aksiya təşkil etməkdə və qanunsuz odlu silah saxlamaqda ittiham edilərək 11 il həbsə məhkum olunub.

Aran Radiosu- Ötən gün vəkil İxtisaslaşdırılmış Müalicə Müəssisəsində ("Tubzon") baş redaktorla görüşüb

İslamazeri.az  xəbər verir ki, vəkil Yavər Hüseynov  cenubnews.com internet qəzetinin baş redaktoru, islamçı məhbus Araz Quliyevlə görüşüb. Y. Hüseynov A.Quliyevin səhhətinin yaxşı olduğunu qeyd edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi məhbusun vəziyyəti normaldır. A.Quliyev vəkilindən hamıya salamını çatdırmağı xahiş edib.

Vəkil onu da qeyd edib ki, yaxın günlərdə A.Quliyevin "tubzon"dan 14 saylı CM-ə qaytarılması gözlənilir.

 

Aran Radiosu- Hicab məhbusu tanınmış ruhani Abgül Süleymanov İslam dininə edilən hörmətsizliklərə qarşı çıxan azərbaycanlı gənclərlə fəxr etdiyini vurğulayıb.

İslamazeri.az saytının məlumatına görə, Bakıda yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan hacı Abgül Süleymanov Fransada "Charlie Hebdo" jurnalında İslam Peyğəmbərinin(s) karikaturalarının çəkilməsini pisləyərək, deyib:

"Fransada baş verən hadisələrdən xəbərdarıq və bu hadisələr həqiqətəndə bizi üzməkdədir. Lakin bunun müqabilində Azərbaycan gənclərinin düşmən hiylələrinə qarşı atdığı addımlar məni sevindirməkdədir. Azərbaycan gəncliyinin ayıq və gözəl əxlaqa sahib olması həqiqətən də insanın problemlərini unutdurur. Əziz qardaşlarımın bu hadisələrə tam İslama yaraşan tərzdə cavab verməsi və kilsə yolunu qardan təmizləmələri məni heyrətə gətirdi. Bu cür təfəkkürdə olan gənclərin varlığı cəmiyyətin inkişafının və tənəzzüldən yaxa qurtaracağının sığortasıdır. Mən bu cür qardaşlarımla fəxr edir və daha da fəal olmaları üçün Allahdan yardım diləyirəm."

 

Aran Radiosu- 14 saylı "zon"da baş verən məlum hadisədən sonra, məhkumlara verilən işgəncələr səngimək bilmir. Məhkumlar aylarla "kars"da saxlanılır.

 

Bu barədə islamazeri.az-a özəl mənbədən məlumat verilib. Bildirilib ki, Rza Ağalı və İlham Hətəmov gələn aya qədər "kars"da saxlanılacaqlar.

 

14 saylı "zon"da baş verən məlum hadisədən sonra, Azərbaycanda ədliyyə sistemində özbaşınalıqların son qoyulması üçün münasib şərait yaradılıb. Bu hadisədən sonra həbsxana işçilərinin məhkumlarla ədalətli davranmaları gözlənilsə də, bu gözləntilər heç də həqiqəti əks etdirməyib.  

Xəbər verdiyimiz kimi, 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin qətlindən sonra, müəssisəyə xüsusi təyinatlılar yeridilib və məhkumlar kütləvi şəkildə döyülüblər. 


Daha sonra döyülən məhkumlardan bir neçəsi  vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə və başqa həbsxanalara köçürülüblər. Həmçinin, qeyd olunan həbsxanada  bir çox məhbuslar, o cümlədən, islamçı məhbuslar Rza Ağalı və İlham Hətəmova işgəncə verilərək 15 gün müddətinə karserə salınıblar.

Bu barədə rəsmi məlumat olmasa da, baş verən proseslər əsl həqiqəti sübut etməyə köməklik edir. 

Rza Ağalı və İlham Hətəmov fevralın 7-nə qədər "kars"da saxlanılacaqlar.

Qeyd edək  ki, 14 saylı CÇM-dən "Tubzon"a aparılan baş redaktor Araz Quliyev və hicab məhbusu Anar Qasımlı da adı çəkilən müəssisədə karserdə saxlanılır.

Aran Radiosu-  Ərdəbilin İmam Cüməsi Həzrət Ayətullah Seyyid Həsən Amili Hacı Mövsüm Səmədova atası Mərdan Səmədovun vəfatı münasibətilə başsağlığı verib.

 Bismillahir-Rəhmanir-Rəhim

İnna lillahi və inna iləyhi raciun

Tam təəssüf, dərin hüzn, ağlar göz və qəm dolu qəlblə xəbər tutduq ki, mücahid qəhrəman, müqavimət simvolu, Azərbaycanın bəsirət gözü doktor Mövsüm Səmədovun əziz atası Mərdan Səmədov qeyrətli və alim oğlunun fərağında dünyasını dəyişib. Beləcə Azərbaycan müqavimət hərəkatının qəhrəmanı həbsxana güşəsində, işgəncə və təhqir tufanında ata sevgisindən də məhrum oldu.

Mən bu ağır itkiyə görə doktor Səmədov, onun möhtərəm ailəsinə başsağlığı verir, mərhuma Allah-Taaladan uca məqam,  azəri qardaşlara və bütün əzizlərə şərəfli ömür arzulayıram.

Bütün yer üzündə dillərin bağlı, kəramətlərin alçalmış, hüquqların tapdanmış vəziyyətinə son qoyulması, övladların ən böyük sevgi olan ata-ana sevgisindən məhrum olmaması  ümidi ilə. Bütün bunlar doktor Səmədovun yaşadığı ağrılardır.

Seyid Həsən Amili

20 dey, 1393 (10yanvar, 2015)

Aran Radiosu-İslamçı məhbuslar olan Rza Ağalı və İlham Hətəmov yenidən "kars"a salınıb.
İslamazeri.az-ın əldə etdiyi məlumata görə, eyniadlı həbsxanada məhkum həyatı yaşayan  islamçı məhbuslar Rza Ağalı və İlham Hətəmova növbəti işgəncələr verilib. Belə ki, hər iki islamçı məhbusun "kars" müddəti uzadılıb.
Xatırladaq ki, ötən ilin dekabrın 22-də 14 saylı cəza çəkmə müəssisəsində məhkumun öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verib. Baş verən hadisə ilə əlaqədar olaraq, məhbuslar etiraz aksiyası keçiriblər. Elə həmin hadisədən sonra islamçı məhbuslar başda olmaqla digər məhbuslara da işgəncələr verməyə başlayıblar. R.Ağalı və İ.Hətəmov da həmin hadisədən sonra 15 günlük  "kars"a salınıb.