HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (184)

Bu gün Azərbaycanın müxtəlif bölgələrində əməliyyatlar və həbslər davam etdirilib.

APA xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” hərəkatının üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarov tutulub.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” hərəkatının üzvlərinə dəstək verən Elnur Mehdiyev saxlanılıb. 
Bundan başqa, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” hərəkatının üzvlərinə dəstək verən Elgün Axundov tutulub.

Sabah Bakı Apellyasiya məhkəməsində həbs olunan Hacı Tale Bağırovun işi ilə bağlı apellyasiya şikayətinə baxılacaq

Bu haqda özünün sosial şəbəkə profilində vəkil Cavad Cavadov məlumat verib.
Məlumatda deyilir: "Sabah saat 15-00-da Taleh Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərardan verdiyim apellyasiya şikayətinə Bakı Apellyasiya məhkəməsində baxılacaq. Özü ilə hələ görüşə bilməmişəm."

Bazar ertəsi, 30 Noyabr 2015 20:56

Nardaranda həbs olunanlardan xəbər var

Yazan

Nardaranda həbs olunan tanınmış ilahiyyatçı Tale Bağırov və onunla həbs edilən 13 nəfər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zindanında saxlanılır.

Noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılan Tale Bağırov və digər 13 nəfərin saxlanıldığı yer bu günədək bəlli deyildi. 
Trend-in əldə etdiyi məlumata görə, həbs olunan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Saxlanılan şəxslər vəkillərlə təmin olunsalar da, hələlik vəkillərin müvəkkilləri ilə görüşmədikləri bildirilir.
Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Əməliyyat zamanı 2 polis və 5 dinc sakin öldürülüb.
Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 8 ağır maddəsi ilə ittiham irəli sürülüb.

Nardaranda baş verən insidentlə əlaqədar tutulan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

islamazeri.az saytına istinadən , məhkəmə saxlanılan 14 nəfər barəsində 4 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.   Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (Qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 120.2.3-cü (Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 214.2.3-cü (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 228.3-cü (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. 

Çərşənbə axşamı, 20 Oktyabr 2015 09:29

Şəmkirdə Tale Bağırzadəyə qarşı təxribat

Yazan

 İlahiyyatçının vəhhabilərlə bağlı son müsahibəsi kimlərisə narahat edib Tweet İslamazeri.az-ın "Azadxeber.az"a istinadən verdiyi xəbərə görə, Şəmkirdə "Müsəlman Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Tale Bağırzadəyə qarşı təxribat törədilib. Bu haqda AzadXeber.az-a məlumat daxil olub. Məlumata görə, T.Bağırzadənin fotoları dövlət idarələrinə və inzibati binalara paylanaraq onun vəhhabi olduğu bildirilib. T.Bağırzadənin rayona gəlməsi halında polisə məlumat verilməsi tələb olunub. Onu da qeyd edək ki, T.Bağırzadə yaxın günlərdə "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə vəhhabi təhlükəsindən danışaraq hakimiyyəti tənqid etmişdi.

Abgül Süleymanov zindandan məqalə yazıb. İslamazeri.az məqaləni təqdim edir: "Hər bir möminin qəlbində olan arzusu, İslam və müsəlmanların, küfrə və kafirlərə qalib gəlməsidir. Möminlər öz ali istəklərini Allah rabitəsi ilə ortaya qoyublar. Bəqərə surəsinin 250-ci ayəsində bir dua keçir: “Rabbənə əfriğ əleynə sabran və sabbit əqdaməna vənsurna ələl-qovmil-kafirin” və tərcüməsi də belədir: “Ey Rəbbimiz, qəlbimizə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində köməklik et. ” Müsəlmanlar kafirlərə qalib olmaları üçün Allah Təaladan yardım istəyiblər. Allah-Təala da “düşmənə qalib gəlməyin yolu izharda, cihadda, müqavimətdə, şəhadətdə, maldan və candan keçməkdədir” deyir. Necə ki, Bədr döyüşündə bir dəstə imanlı möminlərin şəhid olması ilə din sabitləndi və qalib gəldilər.Ühüddə müsəlmanların məğlub olmaları üçün dedilər ki: “Həzrəti Muhəmməd (s) öldü”. O şaiyə yayılanda pərakəndəlik düşdü. Lakin, bəzi  sabitqədəm, yəni sözlərində və fikirlərində sabit olan müqavimətçi və şəhadətçi möminlər, belə dedilər: “Əgər Həzrəti Muhəmməd oldüsə, nə çox Muhəmmədlər hələ ölməyiblər”. Hicab qadağası baş verdi. Müqaviməti təşkil edən ruhanilər ayağa qalxdı. Düşmən möminləri pərakəndə salmaq üçün onları şərləyib, həbs etdi. Mominlər də Həzrəti Muhəmmədin (s) səhabələri kimi Ühüd döyüşündə dedikləri sözü dedilər: “Əgər Mövsümlər, Fəraməzlər, Zülfüqarlar, Talehlər, İlhamlar, Səxavətlər, Həsənlər, İlqarlar həbs olundusa, nə çox müqavimətçilər var ki, bu yolu davam etdirə bilər və etdirəcək”. 5 oktyabrda  müqavimətin övladları bu sözü, əməllərilə də təsdiq etdilər. Haqq-Təala gördüyümüz cahanı hamı üçün imtahan yeri olaraq qərar verib ki, müqavimətçi müsəlmanlar İslam iddiası edən münafiqlərdən ayrılıb, seçilsin. Necə ki, Ühüd döyüşündə mömin və münafiq tanındı. Hər zaman batil və haqq bir-birinin üstünə qalxdıqda, İlahi sünnəyə əsasən, həmişə haqq qalibdir. "Biz haqqı batilin başına çırparıq ki, onu para-para etsin. Batil məhv olub aradan gedəndir.   İlahi haqqı sevənlərin sayını artır. İlahi batili və batil əhlini yer üzündən sil. İlahi, Quranı bizim nurumuz, qanunumuz, ümidimiz, bərəkətimiz, təfəkkürümüz, moizəmiz, şəfamız və nicatımız qərar ver. Vəssəlamu əleykum və əla ibadihəs-salihin."


 İslamazeri

Heç bir cinayət etmədiyi halda böhtan-yalan dolu, qondarma ittihamlarla uzunmüddətli həbsə məhkum olunmuş Ruhullah Axundzadə 2011-ci ilin yanvarın 21-dən həbsdədir.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3, 228.3, 278 və 283.1 maddələri ilə ittiham irəli sürülüb, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Sentyabrın birində Ruhullah Axundzadənin oğlu Muhəmmədəli Axundzadə atasının durumu ilə bağlı bir müraciət yayaraq, onun 2013-cü ilin may ayında miokard infarktı keçirdiyini bildirib. O, həmin gündən atasının dərmanlarla yaşadığından və xəstəliklərinin get-gedə artmasından yazır.
O, müraciətinin bir hissəsində yazır: Xatırladım ki, atamın infarkt keçirməsinə səbəb olan son hadisələrdən biri də həbsxanada telefonla danışmaq hüququndan yararlanmağa icazə verməmələri olmuşdur. Atamın adını çəkdiyi, harınlamış, Mobil adlı ədliyyə “reketidir” ki, məhbusun qanunla həftədə iki dəfə 15 dəqiqə olmaqla telefondan istifadə hüququ olsa da, bu “reketə” rüşvət verməsə, telefonla danışa bilməz. Əgər digər məhbuslar rüşvət verib, canlarını qurtarsalar da Ruhullah Axundzadə kimi bir şəxsiyyət üçün bu yetərsizdir. Çünki Mobil və Mobil kimilər atamın hər fürsətdə aradan getməsi üçün müxtəlif təzyiq formalarından istifadə etməyi “Ağa”larının əmri ilə qarşılarına məqsəd qoyublar.
Müraciətin sonunda deyilir: Ruhullah Axundzadənin səhhətinə zərər verə və onun aradan getməsinə səbəb ola biləcək bütün təzyiq formalarından istifadə edən digər ədliyyə “reketləri” haqqında da yaxın zamanda mətbuata məlumat verəcəyik. 

İlahiyyatçı Hacı Sahib Məmmədov İmam Rzanın (ə) mövludu ilə əlaqədar müsəlmanları təbrik etdi və tövsiyələr verdi.
26 Avqust 2015-ci il (11 Zilqədə 1436) İmam Rzanın (ə) mövlud günüdür. Azərbaycan inanclıları adətən bu mövlud günlərində ölkədəki Əhlibeyt ziyarətgahlarına üz tuturlar. Bildiyimiz kimi qərib imam, həzrəti Əli ibni Musa Rzanın Azərbaycanda bacıları Həkimə (ə) xanımın və Rəhimə (ə)  xanımın qəbri-şərifi yerləşir. Azərbaycanda əsrlər boyu  ənəvi olaraq müqəddəs şəxslərin mğvlud və şəhadət məclisləri keçirilib. Mövzu ilə bağlı daha ətraflı Sumqayıt Cümə məscidinin axundu hacı Sahib Məmmədov İslamazeri.az-a həm təbrik və tövsiyələrini bildirib: "Bismilləhir-rahmənir-rahim. Həzrəti İmam Rzanın (ə) müqəddəs mövludu münasibətilə mən də bütün müsəlmanları, möminləri, məxsusən Azərbaycan xalqını təbrik edirəm. Allahdan hamıya həm dini işlərində, həm dünyəvi işlərində müvəffəqiyyətlər arzulayıram. Bildiyimiz kimi bizim dinimizdə belə bir prinsip var ki, möminlər, başda Peyğəmbər (s) olmaqla, Əhli-beytin, məsum imamların (ə) şad günlərində şadlanar, qəm günlərində isə qəmli olarlar. Bu bizə məsum imamlarımız (ə) tərəfindən tövsiyə olunub. Bu baxımdan İmam Rza (ə)-ın mövludu, həm də bayramdır. Yəni, ən birinci tövsiyə odur ki, bayram günündə möminlər sevinməli, şadlanmalı və hər kəs də öz səviyyəsində, istər evində, istərsə də yaşadığı şəhərdə, kənddə imamın adına bir mövlud mərasimi, tədbiri keçirtmək və onun adına möminləri yığıb, orada bir sevinc məclisi, şadlıq məclisi təşkil etmək dinimiz tərəfindən tövsiyə olunur. İmam Rzanın (ə) mövludu münasibətilə demək olar Azərbaycan xalqı ta qədimdən bu adət-ənənəni qoruyub-saxlayıb. Bu günün özündə də dindarlar, möminlər bunu yaşadır və bir az da əzəmətli şəkildə, möhtəşəm səviyyədə qeyd edirlər. Yaxşı olar ki, İmam Rzanın (ə)-ın mövlud günündə möminlər ağanın bacıları  Həkimə xanım və Rəhimə xanımı da yaddan çıxarmasınlar. Getsinlər, ziyarət etsinlər. Şükür Allaha ki, Ağanın (ə) iki əmanəti də Azərbaycandadır. Azərbaycan xalqına doğrudan da nemətdir ki, İmam Rzaya (ə) əlləri çatmayan insanlar gedib onun bacılarını yaxından ziyarət edə bilirlər. Belə gündə xüsusi tövsiyə bundan ibarətdir ki, o ziyarətlər yaddan çıxmasın. Və ikinci tövsiyə bundan ibarətdir ki, o məclislər, tədbirlər ki, keçirilir, onlara biganə qalmayaq. Gedib orada iştirak edək və bu məclislərin yüksək səviyyədə təşkilində yaxından iştirak edək.  Hz. İsadan (ə) istədilər ki, “Sən istə Allahdan, göydən bizə süfrə gəlsin. Həm özümüz, həm də bizdən sonrakı nəsillər onu bayram edək”. Bundan böyük mənəvi süfrə ola bilməz. İmam Rzanın (ə) mövlududur və bunu bayram kimi qeyd edək. Və öz evimizdə də qeyd etmək yaddan çıxmasın. Çünki biz adətən möminlər bunu yüksək səviyyədə qeyd edirik, amma ailəmizin içərisində də, öz ailəmizə, uşaqlarımıza hədiyyə almaqla və ya İmam Rzanın (ə) adına süfrə açıb, yemək bişirməklə də ailə daxilində bu bayramı qeyd edə bilərik. Biz də yad etsək daha yaxşı olar və İmam Rzanın (ə) məhəbbətini bir az da qəlbimizdə gücləndirmiş olarıq və övladlarımızın, yaxınlarımızın qəlbində daha da möhkəmləndirmiş olarıq. Bir daha Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm. Allahdan, dünyada Ağanın (ə) ziyarətini, axirətdə isə şəfaətini hamıya arzulayıram. Allah bizi o həzrətdən, dünya və axirətdə ayrı salmasın". 

Masallıda həbs olunan Nicat Əliyevin böyrəklərindən sancı tutub, "çentral"-a köçürülüb
İslamçı məhbusun yaxınlarının İslamazeri.az-a verdiyi məlumata görə, Masallı rayonunda, əsassız ittihamlarla həbs edilərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Nicat Əliyev, 16 saylı CÇM-də saxlanılır. Uzun müddətdir böyrəyində yaranan ağrıların kritik həddə çatması və sancıların artmasına görə, məhkum, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mərkəzi Xəstəxanasına köçürülüb. 

Bu gün Həzrəti Əbəlfəzl məscidində qılınan cümə namazında Hacı Tale Bağırov da iştirak edib 
Bu gecə ilahiyyatçı Hacı Tale Bağırov Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsindən  azadlığa buraxılıb. İslamazeri.az-ın verdiyi xəbərə görə, Bakı ilə yanaşı Azərbaycanın müxtəlif rayonlarından  ruhani ilə görüşə gələnlər cümə namazında toplaşıblar. Cümə namazını Hacı Zülfüqar Mikayılzadə qıldırıb, daha sonra çıxış edib.   Qeyd edək ki, ilahiyyatçı Tale Bağırovun saxlanıldığı Qobustan həbsxanasından saat 9.00-da azadlığa buraxılacağı deyilsə də, gözlənilmədən gecə saatlarında azad olunub. Çox sayda inanclı gecə vaxtı ilahiyyatçının qarşılamağa gedib və bir hissəsi də evində ziyarət etməyə yollanıb. Xatırladaq ki, ilahiyyatçı T.Bağırov 2013-cü il martın 31-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. T. Bağırova qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Ruhani bütün ittihamları rədd edib. Eyni zamanda bu, ilahiyyatçının ikinci həbsidir. Birinci dəfə o, 2011-ci il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilən sayca ikinci olan "Hicaba azadlıq" aksiyasında iştirak etdiyi üçün həbs olunub və 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.