HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (184)

Azərbaycan prezidenti bir sıra tanınmış məhbusu əfv edib. Dindar məhbusların ailələrinin müraciətinə baxmayaraq, tanınmış inanclılar və ruhanilər azadlığa buraxılmayıblar.

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış məhbuslar o cümlədən Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Taleh Xasməmmədov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizovun da adları var.

İslamçı məhbus Bəxtiyar Qurbanov da bu gün azadlığa buraxılıb. Səbail Rayon Məhkəməsi Bəxtiyar Qurbanov və onun birlikdə həbs olunan Röyal Qurbanova 4 il 6 ay müddətinə həbs qərarı çıxarmışdı.

Qeyd edək ki, sərəncamla 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

İlahiyyatçı Elgün Axundun həbs müddəti 3 ay uzadılıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda "Report" məlumat verib. Saytın əldə etdiyi məlumata görə, E.Axundov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qərardan narazı qalan E.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Elgün Axundov Nardaran hadisələrindən sonra həbs olunub. Bəzi saytlar onun "Müsəlman Birliyi Hərəkatı"na dəstək verdiyinə görə, həbs olunduğunu bildiriblər.

“Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədri Hacı Taleh Bağırzadə martın 1-də cərimə kamerasına(karserə) salınıb.

 

Bu haqda Cavad Cavadov öz Facebook səhifəsində yazıb: “Tanınmış ilahiyyatçı Tale Bağırzadəni 7 gün muddətinə cərimə kamerasına salıblar. O, bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq huquqi addımlar atmaq niyyətindəyəm”.

Vəkil Cavad Cavadov martın 2-də Tale Bağırzadə ilə görüşüb.

Qeyd edək ki,Taleh Bağırzadə noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup dindarla birlikdə saxlanılıb. O, Bakının Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı-yazar Fərhad Mirzənin həbs müddəti uzadıldı.

 

İslamazeri.az xəbər verir ki, Nardaran hadisələri zamanı həbs olunan ilahiyyatçı Fərhad Mirzə haqqında məhkəmə tərəfindən çıxarılan həbs-qətiimkan tədbirinin müddəti 4 ay uzadılıb. Bu haqda onun vəkili Fərhad Mirzənin yaxınlarına məlumat verib.

Azərbaycan Respublikasının Nəsimi rayon məhkəməsi azərbaycanlı ruhaninin həbs müddətini uzadıb.

İslamazeri.az xəbər verirki, Nəsimi rayon məhkəməsində fevral ayının 24-ü ilahiyyatçı Ramil Seyfullayevin məhkəmə iclası keçirilib. Məhkəmə iclasına sədrlik edən hakim Babək Pənahov istintaq müddətinin 2 ay uzadılması barədə hökm verib. Ramil Seyfullayevin vəkili Qanqa İbrahimov məhkəmənin hökmünə etiraz edərək apellyasiya şikayəti verəcəklərini bildirib.

Məlumat üçün bildirək ki, Ramil Seyfullayev vəkili ilə ilk dəfə məhkəmə zalında görüşə bilib. Yaxın günlərdə vəkil Qanqa İbrahimov Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşəcəyini bildirib.

İlahiyyatçının ailəsi bildirib ki, bir neçə gün öncə evə zəng edərək səhhətindən şikayət edib, ağrılarının olduğunu deyib. Həmçinin qeyd edib ki, səhhətinin ağır olmasına baxmayaraq ruhiyyəsinin yaxşıdır. Ramil Seyfullayev ürək çatışmamazlığından əziyyət çəkir, 3-cü qrup əlildir. Xəstəliklə bağlı bütün sənədlər BİT-in baş həkiminə təqdim olunub. Baş həkim müayinədən sonra məlumat veriləcəyini bildirib.

Azərbaycan Respublikasının 9 milyondan çox əhalisi var. Onların 85%-dən çoxunu şiələr təşkil edirlər.

Vəkil Yalçın İmanov Qobustan Qapalı Həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüb.

 

Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) qızı Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günləri və qarşıdan gələn Xocalı soyqırımının il dönümü ilə bağlı bütün dünya müsəlmanalarına və Azərbaycan xalqına başsağlığı verib.

 

Vəkilin sözlərinə görə, Mövsüm Səmədov Xanım Fatimeyi-Zəhra(s.ə)-nın şəhadət günləri münasibəti ilə ilk öncə zəmanənin imamı Həzrəti İmam Zamana(ə.f), Əhli-beyt sevərlərə və bütün dünya müsəlmanlarına baş sağlığı ərz edib: “Allahdan arzum budur ki, dünya və axirətdə bizləri Həzrəti Fatimeyi-Zəhranın(s.ə) inayət və şəfaətindən məhrum etməsin.”

 

Mövsüm Səmədov görüş zamanı qarşıdan gələn Xocalı faciəsinin il dönümü ilə bağlı da xalqımıza baş sağlığı verib. Vəkil bu barədə verdiyi açıqlamada deyilir: “Erməni işğalçıları tərəfindən törədilmiş Xocalı soyqırımı soydaşlarımızın faciəvi şəkildə öldürülməsinə səbəb olub. Lakin Qarabağın işğalı ilə bağlı yaranmış problem cəmiyyətimizin bütün sahələrini öz təsiri altında saxlayır. Hegemon güclər, xüsusilə beynəlxalq imperializm tərəfindən yaradılmış bu problemi təəssüflər olsun ki, mövcud hakimiyyət də aradan qaldırmaq iqtidarında deyil. Qarabağ problemi yalnız xalqın mərd, imanlı və şəhid ruhiyyəli övladlarının “Allahu Əkbər” şüarı altında öz həllini tapacaq. Bir daha xalqımıza qarşıdan gələn Xocalı faciəsinin öl dönümü ilə bağlı başsağlığı ərz edir və dünyadan köçənlərə Allahdan rəhmət diləyirəm.”

Şənbə, 13 Fevral 2016 09:24

Hicab zəfər bayrağımızdır

Yazan

mübariz gənc qadın Rəhmətlik Aynurə Məmmədova

İnsanlıq tarixi zalımlərin saysız zülmləri ilə doludur. Bəzi məzlumlar tarixin müxtəlif zamanlarında zülmə dözüm zillətini tapdalayaraq ilahi çağırışa “ləbbeyk” deyib zalımlərə qarşı qiyam qaldırmış və bu uğurda nə qədər çətinlik olub və çətinliklərə dözmüş, hətta canlarını belə bu yolda .fəda etməkdən çəkinməmişlər İnsanlığın yarısını meydana gətirən qadınlar, bu zülmdən uzaqda qalmamışlar , hətta daha çox haqsızlıqlara uğramışlar.

Bu gündə mömin qadınlarımız haqsızlıqlarla .mübarizədədir Məktəblərdə qızların başından açılan hicablarını müdafiə etmək üçün son çarəni aksiyalar keçirməklə rəhbərliyə etirazını bildirmək istəyən ,qadınlar polislər tərəfindən döyülür hətta bəzilərinidə polis maşınlarında bölməyə aparırlar. Hicab müdafiəçiləri .

polisin təzyiqinə məruz qalırlar Demək ki, məktəbə şagird hər cür açıq geyimdə gedə bilər, ancaq baş örtüsü .ilə gedə bilməz Hicab qadağası problemi idarədən çıxmış vəziyyətdədir. Hər keçən ,gün ölkədə qadağa daha da sərtləşir etirazlar artır, normalmış kimi .qadağançılar olan bitəni keflə izləyirlər Hicaba azadlıq üçün aylardır meydanlarda , mətbuatda qadağanın mənasızlığı və hüquqsuzluğuna vurğu edərək müqavimət göstərənlər isə hər nə şərt altında olursa olsun başörtülərinin Allahın əmri olduğunu və bu əmri yerinə yetirməyə davam edəcəklərini israrla və sabitliklə ifadə .edirlər ,Məmləkətin mədəniləşmə və inkişafını qadınların küçələrdə çılpaqlaşmasında görən tağuti rəhbərliklər də bu istismar metodunun yayılmasında əllərindən .

gələni edirlər Qəzet və televiziyalarda qadın, mövqesi ,etibarilə “cazibəsinə dayanılmayan ürəklər yaxan, cazibədar gözəl” olaraq tərif edilib başdan çıxarıcılığı ilə fəxr edilən nümunə qadın olaraq təqdim .edilir ,Özlərini şərəfli bir həyata həsr etmiş insani dəyər və şərəflərini qoruyaraq özlərini örtən qadınlar bu tağuti , güclər tərəfindən “geri qalmış” və bu ,kimi adlarla xarakterizə edilib çirkin .dəyərsiz göstərilir Bir qadın təpədən dırnağa qədər qərbli bir görünüşdədirsə qiymətli bir mövqedə, qabaqcıl, müasir deyə adlandırılmaqdadır. Qərbi təqlid edib yalnız onların mallarını, geyimlərini təbliğ edirlər, amma mömin xanımlar İslam dinin qanunları ilə geyinəndə .onları ərəb geyimi adlandırırlar İslami geyimi ərəb geyimi adlandırılırsa o zaman açıq libaslılarda amrikanlar kimi geyinirlər. O zaman onlar hansı dindən olduqlarını deyəcəklər? Açıq geyinməyi azdalıq bilirlər. Halbuki düşünmək istəsələr görərlər ki, açıq geyinmək azdlıq de təbliğ edənlərin quluna çevrilməkdir Görmək istəmirlər ki, qızlar dini qaydalardan uzaqlaşdırılır , amma iffətsizlik, əxlaqsızlıq və fəsad .yuvalarından uzaqlaşdırılmır Kazinoların , gecə barlarının qarşısında polis tapılmır, ancaq haqqı tapdalanan hicablı qadınların .üstünə gəlməyə polis bolluğudur Polis kücədə insan haqlarını pozur və bunada dövlət tərəfindən kimsə mane ,olmur.

Müasirlik deyəndə ancaq dəblə .yəni amerikan sayağı geyimi bilirlər Kücədə polisin mömin qadının üstünə ?atılmasıda müsairliyə sığırmı Ancaq , İslam heç bir zaman qadınların azadlığına qarşı çıxmamış, qadının bir əşya və kölə hesab edilməsinə qarşı çıxmış, qadının özündən oğurlanan qürur və iffətini ona yenidən .qaytarmışdır İslam qadına böyük bir qürur bəxş etmişdir. İslama görə qadının qürurunda Allahın haqqı vardır, insanların haqqı ,deyil. Qadının hörmətini tapdalamaq heç kimə yaraşmaz. Onun haqqlarının təşkil edilməsi və hər kəsin onun ,mövqesini qorumaqla vəzifəli olması .dini hökmlər arasında yer tutur Hidayət nuruyla dolu olan İslam dini, doğulduğu andan etibarən qadına mədəniyyətsiz və cəhalət içində boğulan qaranlıq bir çöldə yaşamaqdan xilas olma haqqı bəxş etmişdir. Bu gün də şərəf və insanlıq düşmənlərinin pəncəsindən qurtuluşun tək yolu şübhəsiz “ Muhəmmədi İslam”ın yenidən canlandırılmasıyla mümkündür. İslamın insanılğa həyat bəxş edən üzünə üzümüzü tutmaq və Quranın işığında yetişməklə mümkündür.

Hicab zəfər bayrağımızdır ,Hanı ağıllıların ağlı? Hanı özünü sözünü doğru bilənlər və dünyanı çılpaqlıqğa sığınıb idarə etmək ,istəyənlər? İnsanlığa ləkə gətirənlər pisliyə sürükləyənlər, cavab verin görək masalarınızı, yataqlarınızı və başqa , əşyalarınızın üstnü rəngli örtüklərlə bəzəyirsiniz ki, gözəl görünsün, göz oxşasın baxanda. Amma, Allahın .buyurduğu örtüyə qarşı çıxırsınız Allahın yaratdığı ən gözəl varlığın çılpaqlığına razı olursunuz və məcbur .edirsiniz Hələ anlamadınızmı, örtük gözəllik gətirir, gözəlliyi aşikar edir? Hələ ,anlamadınızmı, örtüyü vacib edən haqq din olan İslam bütün gözəllikləri ?özündə göstərir ,İslam düşmənləri , siz zalımsınız ,amma acizsiniz, qorxaqsınız. Kimə haraya təslimsiniz ona baxın və sonradan möminlərin təslim olduğu ,Qurana nəzər salın və görün ki .şərəfinizi , qürurunuzu satmısınız Sizlər kimsəsiniz. Möminin silahı ,dua və heç zaman bitməz, tükənməz amma sizin özünüz kimi silahlarınız da .müvəqqətidir Əl götürün qan tökməkdən, mömin hicabına əl uzatmaqdan. Müsəlmanlar heç vaxt səsiz qalmayacaq. Hicab İslamın zəfər bayrağıdır. O heç vaxt başlardan enməyəcək. Müsəlmanı min yerə parçalasanızda, müsəlman olaraq .qalacaq və bir olacaq .Bu yola çıxan geri dönməyəcək ,Cahanda ən böyük öndərin Peyğəmbərin (s) izindədir ,müsəlmanlar. Aləmlərə rəhmət sacan (könüllərin tək sultanı peyğəmbərin (s .izindərdir ümmət ,Zalim güclü olsada hicablı bacılarım ,örtümüzə əl uzatsada zəfər bizimdir haqqa sığınanlarındır. Biz azadıq yalnız Allaha quluq. Bizə pusqu , quranlara söyləyin ki, ədalət hakim ,olmalı, zülmə son qoyulmalı .insanlıq gözəl günə , haqqa qovuşmalı Açmayın örtülərinizi! Zalımın ümidini qırın və sübut edin ki, kafirə qürur əyməz mömin. Zeynəb (ə) olun. Bu örtülər laiqli başlarda deyin. Ölkədə qadın haqları deyib, gecə – gündüz bağıranların yaxasından yapışın. İslam düşməni olan şeytan yuvası İsrailin insan qanına susayan Amerikanın , ,ayağı altında körpü olanlara, nəfsinə vəzifəsinə dinini, din qardaşlarını qurban verənlərə, ölkəsini satanlara üsyan edin. Haqq bizik, haqq bizdədir deyin. Zalımın boyunduruğuna .düşməyin Qalx ey müsəlman , zülmün üruzərinə get . Dəstək verin İslama. Güclülər məzlumları necə əzdiyini seyr etməyimiz, müsəlmanı – müsəlmana düşmən görməyimiz yetmədimi?

Həbsdə olan Taleh Bağırzadənin işgəncələrə məruz qalması və işgəncə izlərinin aydın formada müşahidə edilməsi onun barəsində məhkəmə işinin təxirə salınmasına səbəb olub.

Report informasiya portalının verdiyi məlumata görə, Taleh Bağırzadənin vəkili jurnalistlərə deyib: Taleh Bağırzadənin məhkəməsi, onun məhkəmə iclasında iştirak etmədiyi üçün təxirə salnıb.

Cavad Cavadov Taleh Bağırzadənin işgəncə edilməsinə etiraz edərək, deyib: Taleh Bağırzadənin məhkəmədə iştirak etməməsinin səbəbi, bədənində işgəncə izlərinin olmasıdır.

Taleh Bağırzadə təhlükəsizlik qüvvələrinin 26 noyabrda Nardaran qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı həbs edilib.

Müsəlman Birliyi Hərəkatının həbs olunan sədri Taleh Bağırovun ailəsi və vəkili onun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində mütəmadi işgəncələrə məruz qaldığını deyir.

Bu barədə Elşən Bağırov qardaşının hər gün sorğu sual olunaraq "işgəncələrə məruz qaldığını" deyir.

Vəkil Cavid Cavadov isə bildirir ki, müttəhimlə sonuncu dəfə görüşündə o, bu işgəncələrin səbəbi kimi “ondan etirafedici və bəzi şəxslərin əleyhinə ifadələr almaq” məqsədi daşıdığını açıqlayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə BBC Azərbaycancaya şərhlərində, hüquq müdafiəçisinin səsləndirdiyi fikirləri “onun öz təxəyyülünün məhsulu” adlandırıb.

Elşən Bağırov qardaşını sonuncu dəfə noyabr ayında, Nardaranda saxlanılanda gördüyünü deyir.

“Ona sövqat bir də pal-paltar aparmışdım. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə qoydular ki gətirdiklərimi verim, nə də görüşüm”, deyən Elşən qardaşının saxlanılarkən əynində olan paltarların bu günə qədər bir dəfə də olsun dəyişilmədiyini bildirir.

Vəkil Cavad Cavadov isə Taleh Bağırovla ilk dəfə dekabrın 3-ü appleyasiya məhkəməsində görüşəndə üzərində aşkar görünən xəsarətlərin olduğunu deyir.

 

“Gözlərin altı, alnı qızartılı idi, əllərinin bilək hissəsində ciddi xəsarətlər var idi. Hiss olunmuşdu ki, qollarını bağlayıblar. O qandal izlərinə bənzəmirdi, çünki çox qabarıq idi. Konkret olaraq xəsarətlər işgəncə izlərinə oxşayırdı” – deyə vəkil müttəhimin sərbəst hərəkət etməsində problem olduğuna görə onun məhkəməyə “sürüyə-sürüyə” gətirildiyini vurğulayır.

 

Həmin vaxt müttəhimlə ünsiyyət saxlamasına şərait yaradılmadığından hüquq müdafiəçisi onun bu vəziyyətinin səbəbini 29 dekabrda, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müstəntiqin iştirakı ilə keçirilən görüşdə öyrənib. Görüşdə Taleh Bağırov bildirib ki, o, ağır işgəncələrə məruz qalır və burnu "sındırılıb".

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə qətiyyətlə Taleh Bağırovun saxlanılmasının bütün mövcud qanunvericiliyə müvafiq aparıldığını, istintaq müddətində hər hansı qanunsuzluğa yol verilmədiyini iddia edir.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov digər 14 nəfərlə birlikdə noyabrın 26-da Nardaran qəsəbəsində keçirlən polis əməliyyatı zamanı saxlanılıb. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülərək barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat vaxtı iki polis daxil olmaqla 6 adam həlak olub.

Cümə axşamı, 07 Yanvar 2016 18:24

Natiq Kərimov saxlanılıb

Yazan

Azərbaycan Respublikası Hüquq-mühafizə orqanları Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu saxlayıblar.

"Report"un əldə etdiyi məlumata görə, onun barəsində cinayət işi açılıb.

 

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda ) və sıralanmış belə maddələrlə ittiham olunur.

2015-ci il noyabrın 26-da Nardarana polis basqınından sonra Azərbaycanda kütləvi həbslərin yeni dalğası baəlandı. İbadət evləri, məscillər və hüseniyyələrin bağlanması və nəzarətə götürülməsi şiddətəndi.

Natiq Kərimov Nardaranla bağlı reallıqları çatdırırdı.