HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (178)

Çərşənbə, 24 Sentyabr 2014 22:07

Əziz inanclılar! Haradasınız?

Yazan

Azərbaycan Respublikası Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev  xalqı İslam Partiyasının sədri Dr. Hacı Möhsün Səmədovu himayə etməyə çağırıb.

Yeni təhsil ilində 1-ci kursa başlamaq istəyən bir neçə hicablı tələbə Sumqayıt Dövlət Universitetinə daxil olsa da, universitet rəhbərliyi onları təhsil ocağına buraxmayıb. Nəticədə tələbələr universitetə daxil ola bilməyiblər.

Çərşənbə, 10 Sentyabr 2014 19:39

Taleh Bağırovun məhbus hüquqları pozulur

Yazan

İslamçıların Hüquqlarını Müdafiə Komitəsinin ombudsman Elmira Süleymanovaya, ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə etdiyi müraciətə heç bir cavab verilməyib.
   

Bir aydan artıqdır ki, siyasi məhbuslar - Araz Quliyev və İlham Hətəmov “kars”da saxlanılırlar. Musavat.com-un xəbərinə görə, bu barədə islamazeri.az portalı məhbusların yaxınları istinadən məlumat veriblər.

İslamçıların Hüquqlarını Müdafiə Komitəsi ombudsman Elmira Süleymanovaya, ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciətində bildirib ki, ilahiyyatçı, Avropa Şurasında vicdan məhbusu kimi tanınan Taleh Bağırovun  bir neçə gün əvvəl həbsxanadan ictimaiyyətə müraciət etməsi həbsxana rəhbərliyinin Hacı Taleh Bağırova qarşı yeni təxribatlar hazırladığı ilə nəticələnib.

Bu haqda İslamazeri.az-a İslamçıların Hüquqlarını Müdafiə Komitəsindən məlumat verilib

Tanınmış ilahiyyatçı alim bu gün saxlandığı 12 saylı cəzaəkmə müəssisəsində ona qarşı olunan haqsızlıqlarla bağlı ölkə ictimaiyyətinə müraciət yollayıb. Müraciəti olduğu kimi təqdim edirik:

 

Araz Quliyev və iki hicab məhbusu - Ramil Vəliyev ilə İlham Hətəmov hələ də "kars"da saxlanılır.

Cenubnews  İnternet Qəzeti xəbər verir ki, Ramazan ayı ərəfəsində 14 saylı Cəzaçəkmə Müəssisəsində vəhhabilərlə İslamçı məhbuslar arasında yaranan insidentdən sonra təsisçi-baş redaktor Araz Quliyev və hicab məhbusları - Ramil Vəliyev ilə İlham Hətəmov 12 gün müddətinə "kars"a (cərimə təcridxanasına) salınmışdı.
İyul ayından cərimə təcridxanasına salınan İslamçı məhbuslar avqust ayının əvvəllərində cərimə təcridxanasından azad edilməli idilər. Lakin hələ də Araz Quliyev və iki hicab məhbusu "kars"dan azad edilməyib. İslamçı məhbuslar daha 2 aylıq müddətinə cərimə təcridxanasına salınıblar.
Qeyd edək ki, Araz Quliyev 8 il, Ramil Vəliyev 6 il 6 ay, İlham Hətəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bu gün mübariz ruhani Hacı Tale Bağırovun məhkəmə iclası keçirilib

Avqustun 13-də Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovun kamerasında mobil telefon tapılması ittihamı ilə bağlı məhkəmə prosesi keçirilib.

Bağırovun vəkili Elvin Nəbiyevin “İslamazeri.az” saytına verdiyi məlumata görə, bu günkü prosesdə dövlət ittihamçısı Şöhrət Əhmədov çıxış edərək, Tale Bağırovun sözü gedən ittihamla bağlı 5 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib:

“Tale Bağırovun özü də çıxış edərək verilən qərardan, müddətdən və zindanda olmasından asılı olmayaraq, həmişə azad olduğunu məhkəməyə bildirdi. Yekunda hakim, Tale Bağırova 4 ay azadlıqdan məhrumetmə cəzası verdi.”

Xatırladaq ki, ilahiyyatçı Tale Bağırov martın 31-də tutulub. Dörd ay əvvəl azadlığa çıxmış ilahiyyatçı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq, narkotik vasitə saxlamada ittiham olunur. Sabunçu rayon Məhkəməsi Taleh Bağırov haqqında iki aylıq həbs qətimkan tədbiri seçib. Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsi Sabunçu rayon Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Noyabrın 1-də Sabunçu rayon Məhkəməsi Tale Bağırov barəsində 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu qərarla da ona verilən həbs müddəti 2 il 4 ay oldu. / islamazeri

 

Bu gün mübariz ruhani Abgül Süleymanovun həbsindən 3 il ötdü .

2011-ci ildə ölkə mediasında İslamazeri.az-ın baş redaktoru Ramin Bayramovun həbsi haqda məlumat yayıldıqdan bir neçə saat sonra mübariz ruhani Hacı Abgül Süleymanov da həbs edildi...

Əvvəl cinayət işi bir olsada, sonradan bu işlər ayrıldı və Hacı Abgül Süleymanov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ilin avqustunda çıxardığı hökmlə 11 il müddətinə azadlıqdan məhrum edildi.  O, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, narkotik və odlu silah saxlamada təqsirli bilindi.

Abgül Süleymanov isə həbsini özünün fəaliyyəti ilə əlaqələndirərək bütün ittihamları rədd edərək şər adlandırdı...

Hazırda Hacı Abgül Süleymanov 13-cü CÇM-də zindan həyatı yaşayır və ədalətin qalib olacağı günün yaxın olduğuna inanır.

Hacı Abgül zindanda olsada onun haqqında filmlər, kliplər çəkilir, mahnılar və şeirlər ərsəyə gətirilir, onun haqqında sayt və sosial şəbəkələrdə profillər yaradılır, ruhanilər onun haqqında moizələr edir, yazarlar məqalə və köşə yazılar yazmaqdadırlar.

Deyə bilərik ki, bir çox möminlərin qəlbində Abgül Süleymanov mücahid mübariz ruhani kimi yaşamaqdadır.

- Allah başda Hacı Abgül Süleymanov və həbsdəki ruhanilər olmaqla bütün İslamçı məhbusların qapısını açsın, Amin.