HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (180)

Xəbər verdiyimiz kimi mübariz ruhani Hacı Abgül Süleymanov "kars"a salınıb.


Ruhani  Abgül Süleymanovun  5 noyabrda "kars" müddəti bitir.
Lakin, əldə edilən məlumatlara görə,  Abgül Süleymanov ikinci dəfə 15 günlük cəza kamerasına salınacaq.
Həmçinin, ruhaninin qapalı tipli həbsxanaya göndərilməsi də istisna edilmir.
Qeyd edək ki, son aylar həbsxanadakı ruhanilərə qarşı bu cür addımlar intensivləşib.
Hacı Abgülün ailəsi və yaxınları ruhaninin həyatının təhlükədə olmasından narahatdırlar.

İlahiyyatçı Tale Bağırovla birgə tutulan Anar Məlikov bu gün saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

“Azərbaycan hökuməti oktyabr ayının 24-nə qədər AİP lideri Möhsün Səmədovla bağlı Avropa Məhkəməsinin ünvanladığı sorğunu cavablandırmalıdır. Yalnız bundan sonra məhkəmə prosesinə start veriləcək.”

 

Çərşənbə axşamı, 21 Oktyabr 2014 15:09

Taleh Bagirov Bakı karserinə köçürüldü

Yazan

İlahiyyatçı alim Bakının 12 saylı cəza çəkmə müəssisəsinin karserinə köçürülüb.

 

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Dr.Möhsün Səmədovun işindən apellyasiya şikayəti hazırdır.

Gəncəli ruhanilər hazırda 12 il azadlıqdan məhrum edilən və hazırda həbsxanada basqılara məruz qalan AİP lideri Hacı Möhsün Səmədovla  bağlı bəyanat veriblər.

 

Hacı Möhsün Səmədov indiyə qədər bir çox ağır fiziki və psixoloji işgəncə və təzyiqlərə məruz qalmış və öz imanı və inqilabı təqvası sayəsində hələ də möhkəm olaraq öz dini inancları və əqidəsini müdafiə edir.

Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədov növbəti dəfə cəza kamerasına salınıb. Bu barədə AzadXeber saytına  ruhaninin yaxınları məlumat verib.


Xatırladaq ki, bir müddət öncə mübariz ruhani saxlanıldığı Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində baş verən neqativ halları mətbuata çıxardığına və orada cəza çəkən məhbuslar arasında əxlaqi dəyələri təbliğ etməsinə görə 12 saylı CÇM-nə köçürülmüşdü. Burada isə həbsxana rəhbərliyi tərəfindən iki dəfə ardıcıl olaraq “kars”a salınmışdı. Bu dəfə ki, kars cəzası isə artıq üçüncüdür.
Onu da qeyd edək ki, iki gün bundan öncə 12 saylı CÇM-nin rəhbərliyinin təqdimatına əsasında məhkəmə Möhsün Səmədovun Qobustan qapalı rejimli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb.
Ölkə ruhaniləri  və inanclı kəsim Möhsün Səmədov qarşı atılan bu addımları siyasi sifariş hesab edir.

Cümə axşamı, 09 Oktyabr 2014 17:02

Dr. Möhsün Səmədov Qobustana göndərilir

Yazan

Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsün Səmədov məhkəmənin qərarı ilə həbs müddətinin 2 ilini Qobustan qapalı tipli cəza çəkmə müəssisəsində keçirəcək. 

Çərşənbə axşamı, 07 Oktyabr 2014 22:25

Həbsxanada olan islamçıların son siyahısı

Yazan

Azərbaycan Respublikasında yüzdan çox siyasi və vicdan məhbusu var. Bunlardan 38 nəfəri öz əqidə və inanclarına görə həbs olunan islamçılardır.