HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (180)

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun siyahısında 130 nəfərin adı var

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısı ilə bağlı press-reliz yayıb. Siyahı 1 sentyabr 2018-ci ilədək olan dövrü əhatə edir.

Yeni siyahıda 130 ad var. Əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb.

Qrupun siyasi məhbus kimi tanıdığı 128 nəfər aşağıdakı qaydada təsnifləşdirilib:

– 9-u jurnalistlər və blogerlər (Nicat Əliyev, Araz Quliyev, Seymur Həzi, Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Əfqan Muxtarlı, Rəşad Ramazanov, Elçin İsmayıllı, Ziya Əsədli),

– 1-i şair və yazıçı (Tofiq Həsənli),

– 1-i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),

– 17-si siyasi və ictimai fəallar (Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, Asif Yusifli, Fuad Əhmədli, Əlikram Xurşudov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov),

– 68-i  inanclı fəallar (Elxan Bünyadov, Lətif Əhmədov, Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, Rasim Cəbrayılov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağa-əli Yəhyayev, Elçin Qasımov, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Ramil Əliyev, Seyfəddin Şirvanov, İsa İbrahimov, Seymur Aslanov, Elxan İsgəndərov, Zülfüqar Mikayılov, Ruzi İsmayılov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Elman Ağayev, Əli Hüseynov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Elxan Həsənov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Sahib Həbibov, Əliəsgər Cabbarov, Telman Şirəliyev, Rza Ağali, Ziya Tahirov, Xalid Kazımov, Elvin Nəsirov, Ceyhun Səfərli, Elimxan Hüseynov, Qorxmaz Camalov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Elnur Cavadov, Sərdar Babayev),

– 3-ü isə ömürlük həbs olunma cəzasına məhkum olunmuşlar (Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),

– 14-ü sosial etirazlarla bağlı tutulanlar (onlardan 1-i 2013-cü il İsmayıllı, 4-ü 2015-ci il Mingəçevir, 10-u 2016-cı il Siyəzən  etirazlarına görə tutulanlardır: Vasif İbrahimov, İlkin Abdullayev, İlqar Xəlilov, Dilqəm Mahmudzadə, Kamran Abdullayev, Talıb Ağamaliyev, Elçin Əliyev, Müslüm Əzimov, Coşqun Bəğişov, Fariz Kərimov, Nizami Qəniyev, Namiq Məstanov, Zaur Şəkərov, Abasət Süleymanov),

 2-si keçmiş dövlət məmurları (Əli İnsanov və Rüfət Səfərov),

– 3-ü siyasi girovlar (Mübariz Abdullayev, Murad Ədilov, Elnur Seyidov),

– 10-u Səid Dadaşbəyli və onunla birgə tutulanlardır (Səid Dadaşbəyli, Fərid Ağayev, Ceyhun Əliyev, Rəşad Əliyev, Mikayıl İdrisov, Cahangir Kərimov, Rasim Kərimov, Samir Qocayev, Bəybala Quliyev, Emil Möhbalıyev).

İşləri monitorinq altında olanlar bölməsində hələ də nəfər (Emin Saqiyev və Renad Əliyev) qalır. İşçi Qrup həmin işlərlə bağlı yekun qərar vermək üçün hələ də müfəssəl məlumat və sənədlər əldə edə bilməyib.

Hesabat dövründə azadlığa buraxılanlar

İşçi Qrupun 22 mart 2018-ci ildə təqdim etdiyi sonuncu hesabatdan sonra siyahıda adları olan 22 nəfər azadlığa buraxılıb. Onlardan 9 nəfər əfv sərəncamı ilə (David Kərimov, Elşad Rzayev, Valeh Abdullayev, Əliağa Qasımov, Hilal Cabbarov, Fail Şahbazov, Ələkbər Qurbanov, Elnur Fərəcov, Saday Şəkərli), 11 nəfər cəzasının müddəti bitdiyi üçün (Əfqan Sadıqov, Samir Hüseynov, Tərlan Ağadadaşov, Rövşən Allahverdiyev, İlham Hətəmov, Eldəniz Hacıyev, Mötəbər Babayev, Rasim Bünyadov, Əlizöhrab Rüstəmov, Cavanşir Tağıyev, Nəsir Hüseynov), 2 nəfər isə şərti azadlığa buraxılıb (Əziz Orucov və İlqar Məmmədov), 8 nəfər yeni şəxs (Əbülfəz Bünyadov, Orxan Baxışlı, Mirfeyzulla Seyidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirli) İşçi Qrup tərəfindən siyasi məhbus kimi tanınaraq siyahıya əlavə olunub.

24 may 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azad edilənlərdən Elnur Fərəcov boğazında sonuncu mərhələ xərçəng xəstəliyi olduğu üçün azadlığa buraxılıb. O, həbsdə olarkən yalnış diaqnozla müalicə olunub, daha sonra xəstələyinin xərçəng olduğu bəlli olub; bununla belə, müalicəsi aşağı səviyyədə davam etdirilib və xəstəliyin irəliləmiş mərhələsində o, həbsdən azad edilib. Azadlığa buraxılandan təxminən 2 ay yarım sonra – 9 avqust 2018-ci ildə vəfat edib.

Əfv sərəncamı ilə azadlığa buraxılan digər siyasi məhbusların əksəriyyəti həbs müddətlərinin bitməsinə az qalmış azad ediliblər. Azad edilənlərdən Əliağa Qasımovun həbs müddətinin bitməsinə 9 gün, Ələkbər Qurbanovun 12 gün, David Kərimovun və Elşad Rzayevin 2 ay, Fail Şahbazovun 3 ay, Hilal Cabbarovun isə 6 ay  qalmışdı.

Siyasi məhbuslar faktiki olaraq vəkillərsiz qalıblar

İşçi Qrup Siyahı üzərində iş zamanı onunla əməkdaşlıq edən, siyasi məhbuslar haqqında məlumatların toplanmasında, sənədlərin əldə edilməsində onlara kömək edən vəkillərə öz minnətdarlığını bildirir. 2017-ci ilin sonundan etibarən vəkillərə qarşı intensivləşən təzyiq  və təqiblərin nəticəsi olaraq, İşci Qrup ilə əməkdaşlıq edən vəkillərdən bir çoxunun vəkillik fəaliyyəti dayandırılıb. Vəkillər Kollegiyasının Rəyasət Heyəti 22 noyabr 2017-ci ildə İşçi Qrup ilə əməkdaşlıq edən Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib, məhkəmə qərar verənədək Y.İmanovun vəkillik fəaliyyətini dayandırıb. Eyni qurumun 22 yanvar 2018-ci il tarixli qərarı ilə Fəxrəddin Mehdiyevin, 23 aprel 2018-ci il tarixli qərarı ilə Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb.

Avropa Şurasında siyasi məhbus problemi ilə bağlı müzakirələr

24 aprel 2018-ci ildə Niderlanddan olan deputat Pieter Omtzigt başda olmaqla, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifi ilə çıxış ediblər. Onlar bunun səbəbi kimi 2013-cü ildə AŞPA-nın Almaniyadan olan deputatı Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatın qəbul edilməməsində korrupsiya şübhələrinin güclü olduğunu göstəriblər. Deputatlar bu şübhələrin əsası kimi AŞPA-da korrupsiya iddialarına dair Müstəqil İstintaq Qrupunun yaydığı sənədə istinad ediblər. Assambleyanın Prosedur Komitəsi AŞPA Deputatlarının Davranış Kodeksini pozduqları üçün bu sənəddə adı keçən 4 şəxsə – İspaniyalı deputat Pedro Aqramunta 10 il, Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin rəhbəri Səməd Seyidova, Rumıniyalı deputat Sezar Florin Predaya və İspaniyalı deputat Jordi Xuclaya 2 il müddətinə sanksiya tətbiq edib. Bu müddət ərzində onlar məruzəçi təyin edilmək, həlledici postlara namizəd olmaq, seçkiləri müşahidə etmək də daxil bir çox hüquqlardan məhrum ediliblər.

31 may 2018-ci ildə AŞPA Bürosu Pieter Omtzigtin başçılıq etdiyi deputat qrupunun təklifini qəbul edib. 25 iyun 2018-ci ildə Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsi İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottiri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib; o, Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlamalıdır.

Ölkədə siyasi motivlə həbs edilənlərin sayı daha çoxdur

İşçi Qrup hər dəfə olduğu kimi, bir məqamı təəssüflə qeyd edir ki, ölkədə siyasi məhbusların sayı Siyahıdakından qat-qat çoxdur. Ölkədə hökm sürən repressiv mühit insanları işlərini ictimailəşdiriməkdən çəkindirir. Digər tərəfdən, hüquqi məlumatsızlıq, vəkillərə qarşı aparılan repressiv siyasətdən sonra bu insanlara hüquqi yardım etmək üçün, sadəcə, bir neçə vəkilin qalması, regionlarda müdafiə mexanizmlərinin olmaması ucbatından müdafiənin təmin edilməməsi bu şəxsləri siyasi məhbus kimi tanımaq üçün zəruri olan məlumatların və sənədlərin toplanmasını çətinləşdirir.

Siyahını ölkənin tanınmış hüquq müdafiəçiləri, media, QHT və digər vətəndaş cəmiyyəti qurumlarının təmsilçiləri imzalayıblar.

Medianın sualları ilə bağlı İşçi Qrupun əlaqələndiriciləri Rəsul Cəfərova və İntiqam Əliyevə müraciət edə bilərlər ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  və  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ).

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup

azadliq.info

 

Azərbaycan İslam Partiyasının (AİP) lideri Hacı Mövsüm Səmədov Gəncə hadisələrinə münasibət bildirib

Bu barədə “İslaminSesi”nə onun vəkili Bəhruz Bayramov məlumat verib.

Mövsüm Səmədov məlum olaylarla bağlı qeyd edib ki, o, zorakılığın və şəxsi qərarlar və təşəbbüslər əsasında kiminsə cəzalandırılmasının əleyhinədir:

"Yunis Səfərovun bu hərəkəti qanuna ziddir. Zorakılığın və öz-özünə qərar çıxarmağın əleyhinəyəm. Çünki bu cür hadisələr ölkədə anarxiyaya gətirib çıxarır. Bundan öncə də İsmayıllı və Qubada bənzər hadisələr baş vermişdi. Məmurların özbaşınalığı, rüşvət və korrupsiyaya bulaşmaları, əhaliyə xidmət etmək əvəzinə onlara zülm vermələri, sonda bu cür hadisələrin baş verməsinə səbəb oldu. Təkcə Gəncə icra başçısının deyil, demək olar ki, ölkə məmurlarının böyük əksəriyyətinin xalqla pis rəftarı belə hadisələrə rəvac verir. Hakimiyyət bu hadisələrin səbəbini ölkə xaricində deyil, öz yürütdüyü siyasətdə axtarmalıdır. Yəni bu hadisələr hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir. Çünki Gəncənin icra başçısı Elmar Vəliyev xalqın əmlakını talayıb, insanları, o cümlədən şəhid anasını təhqir etməkdən çəkinməyib. Bu hadisələrin daha da ağır forma almaması üçün, hakimiyyət ciddi addımlar atmalıdır." 

Mingəçevirdə baş verən hadisələr və ölkənin bir gecədə qaranlığa qərq olması hadisəsinə də münasibət bildirən AİP lideri bunları söyləyib:

"Azərbaycanın təhlükəsizliyinə təhdid mövcuddur. Bunun əsas səbəblərindən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsidir. 2011-ci ildə enerji təhlükəsizliyinə ayrılan 2, 5 milyard vəsaitdən 1,5 milyarddan çoxunun Azərenerji ASC-nin rəhbəri Etibar Piriverdiyev tərəfindən mənimsənilməsi haqda mətbuatda məlumat dərc olunmuşdu. Lakin bu haqda hökumət heç bir tədbir görmədi. Bundan əlavə məlum hadisələrlə bağlı siyasi partiyalar, ictimaiyyət nümayəndələri ayrı-ayrılıqda mövqe sərgiləsələr də, birgə müzakirələrə qoşulmadılar. Mən din xadimlərinin, siyasi partiya mənsublarının və ictimaiyyət nümayəndələrinin birgə və geniş müzakirələr aparmasının tərəfdarıyam və bunu vacib hesab edirəm."


AİP lideri Mövsüm Səmədov Gəncə hadisələrinə münasibət bildirib

islamazeri.az xəbər verir ki Fevralın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli qərarından verilən şikayət üzrə ilkin məhkəmə iclası keçirilib.
 
Vəkil Şəhla Hümbətova məhkəməyə bildirib ki, hüquqlarını müdafiə etdiyi Zülfüqar Mikayılovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2017-ci il tarixdə çıxardığı hökmə 22 dekabrda dəyişiklik edilərək, onun cəzasını çəkmə rejimi ağırlaşdırılıb.Vəkil qeyd edib ki, həmin qərardan şikayət verib. Lakin şikayət bu işə əlavə olunmayıb və hələ də baxılmayıb. Müdafiə tərəfi hesab edir ki, həmin işlə bağlı məhkəmənin mövqeyi olmasa, bu işə baxıla bilməz.
 
Müdafiə tərəfin çıxışından sonra hakim S.Mirzəyevin növbəti prosesin martın 2-də davam edəcəyini elan edib.
 
Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər. 6 dekabr 2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Zülfüqar Mikayılovun 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 12 il 3 ay, Eldar Bünyatov 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Mübariz İbrahimov 13 il, Cabir Əliyev 14 il, Ramil Seyfullayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

"Namaz məhbusu" kimi tanınan Azərbaycan Respublikası Ruhanilər Məclisinin üzvü və "Maidə.az" saytının baş redaktoru Şeyx Sərdar Hacı Həsənli Babayevin vəkili bu məhbus ruhaninin işinə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılacağından xəbər verib.

Cavad Cavadov 17 saylı həbsxanada öz müvəkkili ilə görüşünə toxunaraq, deyib ki, ali məhkəmə yanvarın otuzu, saat on birdə bu işə baxacaq.

O, əlavə edib: Şeyx Sərdar Hacı Həsənli Babayev bu məhkəmə iclasında iştirak etmək niyyətindədir və bu haqda yenidən lazımi ərizələr təqdim olunubdur.

Azərbaycan Respublikasının tanınmış din xadimlərindən olan Şeyx Sərdar Hacı Həsənli Babayev Masallı şəhər icra başçının, yüzlərlə namaz qılanla birgə cümə namazı qılmasına görə, ondan şikayət etməsinin ardınca 2017-ci il fevralın 23-də saxlanılaraq, həmin ilin 3 iyulunda üç il həbsə məhkum olunubdur.

Proses avqust ayının 21-i baş tutacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər təqsirləndirilənlərin məhkəmə iclası növbəti həftə keçiriləcək.

İslamazeri.com xəbər verir ki, proses avqust ayının 21-i, saat 10.30-da hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutacaq.

Xatırladaq ki, ilahiyyatçılar və həbs olunan 10 nəfər 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyatdan sonra saxlanılıb.

AİP-in sədr müavini olmuş ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin vəfatının 5-ci ildönümü münasibəti ilə Azərbaycan İslam Partiyası (AİP) anım tədbiri keçirib

 

Tədbirə ölkənin tanınmış ruhaniləri, siyasi partiya və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri qatılıblar. Tədbir Quran tilavəti ilə açıq elan edilib.

 

İlkin olaraq çıxış edən AİP fuksioneri Hacı Akif Heydərli bildirdi ki, Hacı Vaqif Abdullayev AİP lideri Mövsüm Səmədovun 2011-ci il yanvar ayının 2-də hakimiyyətinin islamofobiya, öz başınalıq və qanunsuz əməllərini kəskin tənqid etdikdən sonra yanvar ayının 7-də bir neçə partiya funskioneri ilə birgə saxta ittihamlarla həbs olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edildi.

 

 

 

Vaqif Abdullayevin həbsindən sonra onun ölüm düşərgəsinə göndərildiyini söyləyən Akif Heydərli, “belə ki, o daş karxanalarının ortasında yerləşən 14 saylı CÇM-nə göndərildi. Asma-bronxitdən əziyyət çəkən Vaqif Abdullayevin məhz ora göndərilməsi, məhz onun həyatına yönəlmiş sui-qəsd idi. Nəticədə qısa müddətdən sonra onun səhhəti pisləşdi və Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldü”, - deyə bildirdi:

 

“2012-ci il may ayında Hacı Vaqif Abdullayevin qan xərçəngi ilə bağlı müalicə başlandığı bildirilsə də, indiyə qədər sözügedən müalicə prosesi ilə bağlı heç bir rəsmi izah və açıqlama verilməyib. O xəstəxanada olduğu müddətdə ailəsi ilə görüşünə icazə verilmədi. Hətta ölümünüə bir gün qalmış belə, ailəsi yanına buraxılmadı.”

Hacı Akif Heydərli onu da bildirdi ki, bütün məhdudiyyətlərə və zülmlərə baxmayaraq şəhid Vaqif Abdullayev öz yolundan dönmədi və şəhidlik məqamına yüksəldi. Bununla da o, Azərbaycan xalqının və bütün möminlərin qəlbinə həkk edildi.

 

Daha sonra çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev bildirib ki, Hacı Vaqif Abdullayev əvvəldən tutduğu haqq-ədalət yolunda sabitqədəm olub. AİP-in sədr əvəzi şəhidlik və bu uca zirvənin məqamı haqda danışıb. İslam dininin şəhidə və şəhidlik məqamına verdiyi qiymətdən söz açıb. Allah Quran-Kərimdə buyurur: Allah yolunda öldürülənlərə ''ölü'' deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu anlamırsız. (Quran, Bəqərə-154). İlahiyyatçı əlavə edib ki, bütün ibadətlər, itaətlər insanın xoşbəxtliyə nail olması üçündür:

 

“İstər-istəməz hər bir insan bu dünya ilə vidalaşır. Amma Allah yolunda, Allahın istədiyi meydanda bu dünya ilə vidalaşmaq ölümlərin ən yaxşısıdır.  insan məhz bu haqda fikirləşməlidir. Çünki ən şərəfli ölüm Allah yolunda canını fəda etməkdir. Bu cür ölümdən fəzilətli heç nə yoxdur”.

 

İmam Səccad (ə) öz kəlamında buyurur: “Biz Allah yolunda öz canımızdan, qanımızdan keçməyə adət etmişik. Allahın dini təhlükədə olduqda, öz canımızdan keçib İı qoruyub saxlayarıq. Bizim üstünlüyümüz məhz şəhadətdir”.

 

Hacı İlham Əliyev çıxışını davam etdirərək vurğulayıb ki, bu gün də İslam dini yolunda öz canını qurban verən fədakar insanlar var: “ Bu insanlar Əhli-Beyt məktəbinin məzunları, İslam təlim-tərbiyəsi altında böyüyən Hacı Vaqif Abdullayev kimi şəxslərdir. Ona görə də, onlar öz canlarını İslam dini yolunda fəda edirlər. Sevinirik ki, bizim bu cür ağsaqqallarımız olub. Bu gün biz də o cür şəxsiyyətlərin yolunu davam etdirdiyimiz üçün fəxr edirik”.

 

 Çıxışının sonunda Hacı İlham Əliyev ömrümüzün sonunun xoşbəxtçilik və şəhadətlə bitməsini Allahdan diləyib. Bundan böyük dua olmadığını diqqətə çatdırıb.  


Sonda çıxış üçün sözü Hacı Vaqif Abdullayevin dostu olmuş Nardaran Ağsaqqalı Hacıağa Nuriyəverildi. O, çıxışı zamanı bildirdi ki, Vaqif Abdullayev yaxşı dost, ailə başçısı olmaqla yanaşı, həm də ki, işi ilə bağlı məsuliyyətli adam idi: “Onun indiyə qədər yoruldum və ya qorxuram deyə bir sözünü eşitmədim. Bəzi vaxtlarda partiya rəhbərliyi müəyyən səbəblərdən olmayanda aylarla Hacı Vaqif partiyanın işlərinin öhdəsindən böyük məsuliyyətlə və şərəflə gəlirdi. O, pak, şərəfli, sadə mərhəmətli və şücaətli insan idi. Sonunda ölümü də həyatı kimi gözəl oldu və şəhadət məqamına ucaldı.”

 

 

Tədbirin sonunda İmam Hüseyn(ə)-ın adına əzadarlıq təşkil edildi və qonaqlar üçün ehsan süfrəsi açıldı.

Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə Şeyx Sərdara hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ruhani Şeyx Sərdar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında həbs edilib. O, qanunsuz olaraq cümə namazı qılmaqda ittiham edilirdi.

Şeyx Sərdar Hacıhəsənli namaz məhbusu kimi tanınır.

Sərdar Babayev barəsində dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaq barədə cinayət işi açılmışdır.

Hacı Mövsüm Səmədovun Hüquqlarının Müdafiə Komitəsi və Azərbaycan İslam Partiyasının rəhbərliyi AİP liderinin zindan vəziyyəti ilə bağlı BMT-nin Bakı Nümayəndəliyi və digə beynəlxalq təşkilatlara rəsmi müraciət ünvanlanmışdır.

Müraciətdə bildirili: “Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. Saxta ittihamlarla həbs olunmasına baxmayaraq 2011-ci ilin yanvar ayından məhbus həyatı yaşayır. M.Səmədov İnsan haqlarının müdafiəsinə dair  bir sıra beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi qəbul edilsə də ona qarşı qərəzli münasibət həbsxana şəraitində bu gün də davam etdirilir. Hüquqlarını müdafiə etdiyimiz Mövsüm Səmədovun həyatına artıq real təhlükə yaranmışdır.”

AİP bununla bağlı konkret tədbirlərin həyata keçiriləcəyini tələb edib.

Çərşənbə axşamı, 09 May 2017 10:08

AİP lideri Mövsüm Səmədovdan xəbər var

Yazan

Vəkil Yalçın İmanov bu gün 12 saylı Cəza Çəkmə Müəssisəsində AİP lideri Mövsüm Səmədovla görüşüb
Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun Şəban ayındakı müqəddəs mövlud günləri münasibəti ilə Azərbaycan xalqını təbrik etdiyini söyləyib.

AİP liderinin müqəddəs mövlud günləri münasibəti ilə xalqımıza xoşbəxtlik, ilahi səadət və birlik arzuladığını qeyd edib.

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 12 saylı CŞM-də saxlanılır və barəsində 2 aylıq karser cəzası verilib.

 

Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədovun vəkili Yalçın İmanov onun durumunun kritik olduğunu deyir.
Müdafiəçi M.Səmədovun saxlanma şəraiti, müəssisə rəhbərliyinin ona qarşı münasibəti ilə əlaqədar Beynəlxalq Qırmızı Xaş Komitəsinə, Ombudsman Aparatına və cəzaçəkmə müəssisələrinə nəzarət edən Ədliyyə naziri yanında İctimai Komitəyə müraciət edib.
Martın 27-də cəzaçəkmə müəssisəsində M.Səmədovla görüşən vəkil ilahiyyatçının iki aylıq cəzalandırılmasının səbəbini də öyrənib. 
Y.İmanov məsələ ilə bağlı bunları deyib: «Mövsüm Səmədovun mənə danışdığına görə, onu martın 18-də üç günlük «kars»a (cərimə kamerası) salıblar. Əsas kimi isə onun dustaqların saxlandığı ümumi yataqxanada namaz qılması göstərilib. Bayram günlərini də «kars»da keçirib. Elə bayram axşamı – martın 20-də qonşu «kars» otağına yaşlı bir məhbusu gətirib şiddətlə döyüblər. Deyir, elə döyürdülər ki, səsi hər tərəfi bürümüşdü. Mövsüm Səmədova bu hadisə pis təsir edib, qapını döyüb deyib ki, heç olmasa, bayram günü adamlara bunu eləməyin. Bu hərəkəti müəssisə əməkdaşlarını qəzəbləndirib, martın 21-də onu rəisin yanına aparıblar. Ardınca da iki ay kamera tipli otağa keçirilməsi barədə qərar qəbul olunub. »
Y.İmanov deyir ki, M.Səmədova bu cəzanın verilməsi haqda qərarda səbəb kimi onun üzərində axtarış aparılmasına etiraz etməsi göstərilib. M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsinə gəldiyi dörd ayda dörd dəfə «kars»a salınıb. İlahiyyatçı vəkilinə deyib ki, 6 il 3 aydır həbsdədir, bu müddətin cəmi 2 il 5 ayını açıq havada olub. Qalan vaxtlarda ya Qobustandakı qapalı həbsxana rejimində, ya cəza kameralarında saxlanıb. Vəkil onun səhhətində də ciddi problemlərin olduğunu, daim açıq havada gəzməli olduğunu vurğulayır.
Page 1 of 13