HİCAB-HƏBSLƏR

HİCAB-HƏBSLƏR (176)

Proses avqust ayının 21-i baş tutacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və digər təqsirləndirilənlərin məhkəmə iclası növbəti həftə keçiriləcək.

İslamazeri.com xəbər verir ki, proses avqust ayının 21-i, saat 10.30-da hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutacaq.

Xatırladaq ki, ilahiyyatçılar və həbs olunan 10 nəfər 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyatdan sonra saxlanılıb.

AİP-in sədr müavini olmuş ilk hicab şəhidi Hacı Vaqif Abdullayevin vəfatının 5-ci ildönümü münasibəti ilə Azərbaycan İslam Partiyası (AİP) anım tədbiri keçirib

 

Tədbirə ölkənin tanınmış ruhaniləri, siyasi partiya və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri qatılıblar. Tədbir Quran tilavəti ilə açıq elan edilib.

 

İlkin olaraq çıxış edən AİP fuksioneri Hacı Akif Heydərli bildirdi ki, Hacı Vaqif Abdullayev AİP lideri Mövsüm Səmədovun 2011-ci il yanvar ayının 2-də hakimiyyətinin islamofobiya, öz başınalıq və qanunsuz əməllərini kəskin tənqid etdikdən sonra yanvar ayının 7-də bir neçə partiya funskioneri ilə birgə saxta ittihamlarla həbs olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edildi.

 

 

 

Vaqif Abdullayevin həbsindən sonra onun ölüm düşərgəsinə göndərildiyini söyləyən Akif Heydərli, “belə ki, o daş karxanalarının ortasında yerləşən 14 saylı CÇM-nə göndərildi. Asma-bronxitdən əziyyət çəkən Vaqif Abdullayevin məhz ora göndərilməsi, məhz onun həyatına yönəlmiş sui-qəsd idi. Nəticədə qısa müddətdən sonra onun səhhəti pisləşdi və Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüldü”, - deyə bildirdi:

 

“2012-ci il may ayında Hacı Vaqif Abdullayevin qan xərçəngi ilə bağlı müalicə başlandığı bildirilsə də, indiyə qədər sözügedən müalicə prosesi ilə bağlı heç bir rəsmi izah və açıqlama verilməyib. O xəstəxanada olduğu müddətdə ailəsi ilə görüşünə icazə verilmədi. Hətta ölümünüə bir gün qalmış belə, ailəsi yanına buraxılmadı.”

Hacı Akif Heydərli onu da bildirdi ki, bütün məhdudiyyətlərə və zülmlərə baxmayaraq şəhid Vaqif Abdullayev öz yolundan dönmədi və şəhidlik məqamına yüksəldi. Bununla da o, Azərbaycan xalqının və bütün möminlərin qəlbinə həkk edildi.

 

Daha sonra çıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev bildirib ki, Hacı Vaqif Abdullayev əvvəldən tutduğu haqq-ədalət yolunda sabitqədəm olub. AİP-in sədr əvəzi şəhidlik və bu uca zirvənin məqamı haqda danışıb. İslam dininin şəhidə və şəhidlik məqamına verdiyi qiymətdən söz açıb. Allah Quran-Kərimdə buyurur: Allah yolunda öldürülənlərə ''ölü'' deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu anlamırsız. (Quran, Bəqərə-154). İlahiyyatçı əlavə edib ki, bütün ibadətlər, itaətlər insanın xoşbəxtliyə nail olması üçündür:

 

“İstər-istəməz hər bir insan bu dünya ilə vidalaşır. Amma Allah yolunda, Allahın istədiyi meydanda bu dünya ilə vidalaşmaq ölümlərin ən yaxşısıdır.  insan məhz bu haqda fikirləşməlidir. Çünki ən şərəfli ölüm Allah yolunda canını fəda etməkdir. Bu cür ölümdən fəzilətli heç nə yoxdur”.

 

İmam Səccad (ə) öz kəlamında buyurur: “Biz Allah yolunda öz canımızdan, qanımızdan keçməyə adət etmişik. Allahın dini təhlükədə olduqda, öz canımızdan keçib İı qoruyub saxlayarıq. Bizim üstünlüyümüz məhz şəhadətdir”.

 

Hacı İlham Əliyev çıxışını davam etdirərək vurğulayıb ki, bu gün də İslam dini yolunda öz canını qurban verən fədakar insanlar var: “ Bu insanlar Əhli-Beyt məktəbinin məzunları, İslam təlim-tərbiyəsi altında böyüyən Hacı Vaqif Abdullayev kimi şəxslərdir. Ona görə də, onlar öz canlarını İslam dini yolunda fəda edirlər. Sevinirik ki, bizim bu cür ağsaqqallarımız olub. Bu gün biz də o cür şəxsiyyətlərin yolunu davam etdirdiyimiz üçün fəxr edirik”.

 

 Çıxışının sonunda Hacı İlham Əliyev ömrümüzün sonunun xoşbəxtçilik və şəhadətlə bitməsini Allahdan diləyib. Bundan böyük dua olmadığını diqqətə çatdırıb.  


Sonda çıxış üçün sözü Hacı Vaqif Abdullayevin dostu olmuş Nardaran Ağsaqqalı Hacıağa Nuriyəverildi. O, çıxışı zamanı bildirdi ki, Vaqif Abdullayev yaxşı dost, ailə başçısı olmaqla yanaşı, həm də ki, işi ilə bağlı məsuliyyətli adam idi: “Onun indiyə qədər yoruldum və ya qorxuram deyə bir sözünü eşitmədim. Bəzi vaxtlarda partiya rəhbərliyi müəyyən səbəblərdən olmayanda aylarla Hacı Vaqif partiyanın işlərinin öhdəsindən böyük məsuliyyətlə və şərəflə gəlirdi. O, pak, şərəfli, sadə mərhəmətli və şücaətli insan idi. Sonunda ölümü də həyatı kimi gözəl oldu və şəhadət məqamına ucaldı.”

 

 

Tədbirin sonunda İmam Hüseyn(ə)-ın adına əzadarlıq təşkil edildi və qonaqlar üçün ehsan süfrəsi açıldı.

Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə Şeyx Sərdara hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ruhani Şeyx Sərdar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında həbs edilib. O, qanunsuz olaraq cümə namazı qılmaqda ittiham edilirdi.

Şeyx Sərdar Hacıhəsənli namaz məhbusu kimi tanınır.

Sərdar Babayev barəsində dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaq barədə cinayət işi açılmışdır.

Hacı Mövsüm Səmədovun Hüquqlarının Müdafiə Komitəsi və Azərbaycan İslam Partiyasının rəhbərliyi AİP liderinin zindan vəziyyəti ilə bağlı BMT-nin Bakı Nümayəndəliyi və digə beynəlxalq təşkilatlara rəsmi müraciət ünvanlanmışdır.

Müraciətdə bildirili: “Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. Saxta ittihamlarla həbs olunmasına baxmayaraq 2011-ci ilin yanvar ayından məhbus həyatı yaşayır. M.Səmədov İnsan haqlarının müdafiəsinə dair  bir sıra beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi qəbul edilsə də ona qarşı qərəzli münasibət həbsxana şəraitində bu gün də davam etdirilir. Hüquqlarını müdafiə etdiyimiz Mövsüm Səmədovun həyatına artıq real təhlükə yaranmışdır.”

AİP bununla bağlı konkret tədbirlərin həyata keçiriləcəyini tələb edib.

Çərşənbə axşamı, 09 May 2017 10:08

AİP lideri Mövsüm Səmədovdan xəbər var

Yazan

Vəkil Yalçın İmanov bu gün 12 saylı Cəza Çəkmə Müəssisəsində AİP lideri Mövsüm Səmədovla görüşüb
Bu barədə “İslaminSesi”-nə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun Şəban ayındakı müqəddəs mövlud günləri münasibəti ilə Azərbaycan xalqını təbrik etdiyini söyləyib.

AİP liderinin müqəddəs mövlud günləri münasibəti ilə xalqımıza xoşbəxtlik, ilahi səadət və birlik arzuladığını qeyd edib.

Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 12 saylı CŞM-də saxlanılır və barəsində 2 aylıq karser cəzası verilib.

 

Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədovun vəkili Yalçın İmanov onun durumunun kritik olduğunu deyir.
Müdafiəçi M.Səmədovun saxlanma şəraiti, müəssisə rəhbərliyinin ona qarşı münasibəti ilə əlaqədar Beynəlxalq Qırmızı Xaş Komitəsinə, Ombudsman Aparatına və cəzaçəkmə müəssisələrinə nəzarət edən Ədliyyə naziri yanında İctimai Komitəyə müraciət edib.
Martın 27-də cəzaçəkmə müəssisəsində M.Səmədovla görüşən vəkil ilahiyyatçının iki aylıq cəzalandırılmasının səbəbini də öyrənib. 
Y.İmanov məsələ ilə bağlı bunları deyib: «Mövsüm Səmədovun mənə danışdığına görə, onu martın 18-də üç günlük «kars»a (cərimə kamerası) salıblar. Əsas kimi isə onun dustaqların saxlandığı ümumi yataqxanada namaz qılması göstərilib. Bayram günlərini də «kars»da keçirib. Elə bayram axşamı – martın 20-də qonşu «kars» otağına yaşlı bir məhbusu gətirib şiddətlə döyüblər. Deyir, elə döyürdülər ki, səsi hər tərəfi bürümüşdü. Mövsüm Səmədova bu hadisə pis təsir edib, qapını döyüb deyib ki, heç olmasa, bayram günü adamlara bunu eləməyin. Bu hərəkəti müəssisə əməkdaşlarını qəzəbləndirib, martın 21-də onu rəisin yanına aparıblar. Ardınca da iki ay kamera tipli otağa keçirilməsi barədə qərar qəbul olunub. »
Y.İmanov deyir ki, M.Səmədova bu cəzanın verilməsi haqda qərarda səbəb kimi onun üzərində axtarış aparılmasına etiraz etməsi göstərilib. M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsinə gəldiyi dörd ayda dörd dəfə «kars»a salınıb. İlahiyyatçı vəkilinə deyib ki, 6 il 3 aydır həbsdədir, bu müddətin cəmi 2 il 5 ayını açıq havada olub. Qalan vaxtlarda ya Qobustandakı qapalı həbsxana rejimində, ya cəza kameralarında saxlanıb. Vəkil onun səhhətində də ciddi problemlərin olduğunu, daim açıq havada gəzməli olduğunu vurğulayır.

Hazırda 11 saylı CÇM-də həbsdə olan ilahiyyatçı Hacı Abgül Süleymanov ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsinə etiraz edib

 İslamazeri.az xəbər verir ki, "Abgulsuleymanov.com" saytına göndərilən məktubda deyilir: "Biz də Şeyx Sərdarın günahsız yerə həbs edilməsinə çox narahat olduq. Mən həmişə şeyx Sərdarı özümə böyük qardaş bilmişəm. Əgər namaza görə kimisə həbs edirlərsə, bu bir növ Allah ilə düşmənçilik eləməkdir. Əgər bu gün şeyx Sərdarı namaza görə həbs edirlərsə, demək ki, hər bir inanclı şəxsin Allaha ibadət etdiyinə görə həbs edilmə ehtimalı vardır. Müsəlman ölkəsində belə bir hadisənin baş verməsi çox acınacaqlıdır. Şeyx Sərdara 7-dən 70-ə hamı bacardığı şəkildə öz dəstəyini bildirməlidir."

 

Doktor Mövsüm Səmədov qısa zaman ərzində günahsız yerə həbs edilən şəxslərin haqqın bərpa edilməsi ilə azadlığa çıxacağına ümid etdiyini bildirib.
Vəkil Yalçın İmanov 12 saylı Cəza Çəkmə Müəssisəində AİP lideri Mövsüm Səmədovla görüşüb.
Bu barədə Yalçın İmanovun özü məlumat verib. Müvəkkilinin əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun Nardaran məhbusları barəsində məhkəmənin çıxartdığı qərara etiraz etdiyini bildirib.
Vəkilin sözlərinə görə, AİP lideri qısa zaman ərzində günahsız yerə həbs edilən şəxslərin haqqın bərpa edilməsi ilə azadlığa çıxacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə yalnış və saxta ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.


2016-cı ilin noyabr ayının 26-da Qobustanda yerləşən Qapalı Tipli Cəza Çəkmə müəssisəsindən 12 saylı CÇM-nə köçürülən AİP lideri Mövsüm Səmədova qarşı həbsxana işçiləri tərəfindən süni problemlər yaradılıraq təzyiqlər edilir

Cenubnews.com xəbər verir ki, bu barədə “İslaminSesi”nə AİP liderinin vəkili Yalçın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, noyabr ayının 26-dan bu günə qədər Mövsüm Səmədov iki dəfə 15 və 7 sutkalıq karsa salınıb.

Eyni zamanda AİP liderinə heç bir səbəb göstərilmədən 3 dəfə töhmət verildiyini və bir dəfə xəbərdarlıq edildiyini söyləyən Yalçın İmanov, “sözügedən cəzaların heç bir əsası və səbəbi göstərilməyib. Noyabrın 26-da 12 saylı CÇM-nə gətirilən kimi Mövsüm Səmədov dərhal cərimə kamerasına salınıb. Halbuki məhbusun dərhal cərimə kamerasına salınması üçün daxili intizam qaydası pozulmalıdır ki, AİP lideri bunlardan heç birini etməyib”, – deyə bildirdi:

“Düşünürəm ki, Mövsüm Səmədovla baş verənlər o anlama gəlir ki, onu yenidən Qobustan Qapalı Tipli CÇM-nə göndərmək üçün əsaslar yaradılır. Doktor Səmədov heç 2 ay yoxdur ki, 12 saylı CÇM-nə gətirilib artlıq 2 dəfə kars, bir neçə töhmət və xəbərdarlıq verilib. Belə bir şey heç bir yerdə görsənməyib.”

Vəkil sonda onu da qeyd etdi ki, Mövsüm Səmədovun səhhətində qriplə bağlı əlaqədar bir qədər narahatçılıq yaranıb. Lakin əhval ruhiyyəsi həmişə olduğu kimi qaydasındadır.

Page 1 of 13

Image result for ‫ماه محرم متحرک‬‎