Bazar, 09 Sentyabr 2018 09:47

Yuxusuz keçən gecələr şəkər riskini artırır

Yuxusuz keçən gecələr şəkər riskini artırır

Bir gün yuxusuz keçən gecə qaraciyərin fəaliyyətinə zərər vuraraq steatoz kimi (ciyər piylənməsi) və 2-ci dərəcəli şəkər diabeti xəstəliyinə gətirib çıxara bilər.

 

"Deyerler.org"un "ria.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, bu qənaətə Yaponiyanın Toxo unuversitetinin alimləri gəliblər. Yuxuda ehtiyaclarını ödəyə bilməyən insanlar daha çox yeyir, az hərəkət edirlər və tez-rez 2-ci dərəcəli şəkər diabetindən əziyyət çəkirlər.

 

Alimlər, zülalın mənimsənilməməsinin yemək vərdişlərindəki dəyişkənliyə, fiziki fəaliyyətə və ya yuxu məhrumiyyətinə görə olub-olmamasını aşkar etmək üçün araşdırma aparıblar. Bunun üçün iki qrup siçan ayrılıb. 1-ci qrupun siçanlarını 6 gün ərzində gecələri yatmağa qoymayıblar. Digərini isə istənilən qədər yatmaq imkanları olub. Hər iki qrupun yağlı qıdadan və şirin sudan istifadə etmək imkanları olub. Yuxudan məhrum olmuş qrupun siçanlarında digər qrupa nisbətdə qanda zülalın miqdarı aşağı düşmüşdür. Bundan əlavə, gecə yatmamaq ciyərdə maddələr mübadiləsini tənzimləyən fermentlərə təsir etmişdir.

Şərh yaz


Məxfi kod
Yenilə