Çərşənbə, 11 Aprel 2018 12:52

Göyərti - şəkərin dərmanıdır?

Göyərti - şəkərin dərmanıdır?

İngiltərə tibb jurnalı yazır ki, rasiona daxil edilən göyərti diabetin artmasının qarşısını alır.

Lester Universitetinin alimləri bu tədqiqatla məşğul olurlar. İndiyədək məlumdur ki, meyvə-tərəvəzin ürək və xərçəng xəstəliklərindən qoruyur.

Tədqiqatlar zamanı məlum olmuşdur ki, Britaniyada yaşlı əhalinin 86 faizi gündə beş porsiyadan az meyvə-tərəvəz (bu da qida piramidasına uyğun deyildir) yeyir.

Alimlər meyvə-tərəvəzlə 2-ci növ diabet arasında əlaqəni öyrənmək üçün 220 min adamın iştirakı ilə tədqiqat aparıblar.

Nəticələr göstərib ki, yaşıl tərəvəzin hər payı diabet xəstəliyi riskini 14 faiz azaldır.

Müəlliflər hesab edirlər ki, meyvə və tərəvəzlər antioksidantlar sayəsində bəzi xroniki xəstəliklərin qarşısını alır. Məsələn, ispanaq və digər göyərtilər maqneziumun köməyi ilə diabetin yaranması riskini azaldır.

Tədqiqatçıların fikrincə, qida rasionunda meyvəyə və tərəvəzdən geniş istifadə olunmalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə