Çərşənbə axşamı, 07 Noyabr 2017 14:01

Fındığın 5 faydası

Fındığın 5 faydası
Sinirləri sağlamlaşdırır
Tərkibindəki qida elementlərilə sağlamlıq mənbəyi olan fındıq, B6 vitamini baxımından zəngindir. B6 vitamini elektrik siqnallarının sürətini və məhsuldarlığını artıran və sinir sisteminin düzgün şəkildə işini təmin edən, sinirin örtüyü olan miyelinin yaradılması üçün lazımlı bir vitamindir. Ayrıca sinir sisteminin sağlam bir şəkildə funksiya göstərə bilməsi üçün seratonin, melatonin və epinefrin kimi hormonların ifraz olunması B6 vitamininin dəstəyi ilə olur.

Beyin sağlamlığını qoruyur
Fındıqda kersetin və kaemferol kimi fitopkimyəvi maddələr var. Bu maddələr flavonoidlər olaraq adlandırılan bir qrupa aiddir. Flavonoidlər beyin sağlamlığını dəstəkləyir. Zehni və psixoloji olaraq insanın özünü daha yaxşı hiss etməsini təmin edir.

Tox tutur
Fındıqdakı zülal, lif və yüksək yağ, toxluq hissini artırır, bu da həddindən artıq yeməyi önləməklə yüksək kalori qəbuluna mane olur. Ancaq normadan artıq fındıq istehlakı, tam əks təsir göstərərək kökəlməyə gətirib çıxarır! Çünki fındığın enerjisi olduqca yüksəkdir.

Pis xolesterolu salır
Fındıq ürək sağlamlığını qoruyan sağlam yağlar ehtiva edir. Elmi araşdırmalar, nizamlı olaraq fındıq istehlak edən kəslərin infarkta görə olan ölüm riskini olduqca azaltdığını göstərir. Eyni zamanda fındıq dəmir, mis, maqnezium, kalium, fosfor, sink kimi mineralların təbii qaynağı olduğu üçün ürək sağlamlığını qoruyur.

Xərçəngə qarşı qoruyur
Xərçəngli hüceyrələrin inkişafına səbəb olan faktorları ortadan qaldıran fındıq, eyni zamanda bədəndəki pis niyyətli hüceyrələri yox etməyə köməkçi olaraq, xərçəng ehtimalını önləyir. Fındıqda olan bir mürəkkəb eta-sitosterol xərçəng riskini azaldır.
Bu kateqoriyada daha ətraflı: « Qripdən belə qorunmaq olar – Siyahı

Şərh yaz


Məxfi kod
Yenilə