Bazar ertəsi, 28 Avqust 2017 12:18

Göz quruluğuna qarşı təsirli bitkilər hansılardır?

Göz quruluğuna qarşı təsirli bitkilər hansılardır?

Sağlam gözləri xaricdən örtən bir göz yaşı təbəqəsi vardır. Göz yaşı vəzilərinin ifrazatı azalanda, bu təbəqə sürətlə yoxa çıxır. Gözlərin quru olmasını əngəlləmək üçün gözə külək əsməsindən və ya hava yerləşməsindən, gözləri gülməkdən və tüstü miqdarı yüksək yerlərdə olmaqdan çəkinmək lazımdır.

Göz otu, gözlərə təbii rütubət qazandıraraq göz quruluğuna qarşı yaxşı təsir göstərir. Bir çay qaşığı qurudulmuş göz otunu 1 stəkan qaynayan suda 10 dəqiqə saxlayın. Hazırladığınız çayı süzün və təmiz bir bezə batırın. Suyunu sıxın və qapalı gözün üstündə 10-15 dəqiqəlik masajla saxlayın.

Göz quruluğuna qarşı yaxşı təsir edən bitkilərdən digəri çobanyastığıdır. Enflamatuar əleyhinə bir bitki olan çobanyastığı yorğun gözləri sakitləşdirir və gözlərin rütubəti yenidən qazanmasını təmin edir. Təzə qaynadılmış suya bir çay qaşığı qurudulmuş çobanyastığı qoyun və 10 dəqiqə gözləyin. Süzün və çayı soyumaq üçün soyuducuya qoyun. Soyuyanda pambığı çaya batırın və qapalı gözlərinizin üzərində 15 dəqiqə saxlayın. Pambıqlar isinəndə dəyişdirərək yüngüllük hiss edənə qədər təkrar edin.

Yeməklərdə tez-tez istifadə edilən razyana gözləri nəmləndirmək üçün də təsirli ola bilər. 1 stəkan qaynamış suyu, 1 çay qaşığı razyananın üstünə tökün və dəmlənməsi üçün 15 dəqiqə gözləyin. Sonra çayı süzün. Təmiz bir bezi və ya pambığı ilıq çayla isladın və ən az 10 dəqiqə ərzində gözlərin üzərində saxlayın.

 

 

Şərh yaz


Məxfi kod
Yenilə