Bazar, 18 June 2017 13:18

Hıçqırıqdan xilas olmağın yolları

Hıçqırıqdan xilas olmağın yolları

Nəfəsinizi tutun: ən qədim müalicə üsulu nəfəsi tutmaqdır. Nəfəsinizi tutmaq diafraqmanın düzləşib genişlənməsini çətinləşdirir. Bu da yüngüllük gətirir.

 

Biri sizi qorxutsun: qorxu refleksi hıçqırığı aradan qaldırır. Bunun üçün biri sizi qorxutduğu zaman hıçqırıq keçir.

Bir kağız torbanın içinə nəfəs alıb verin: qandakı karbondioksid səviyyəsini artırdığı, sinirləri və diafraqmanı sakitləşdirdiyi bilinir.

 

Dilinizin altına bal sürtün: şirin yemək onuncu sinirə təkan verir, beyninizə siqnal göndərir və diafraqma təzyiqini azaltmağı təmin edir.

Bir dilim limon çeynəyin: limonun acılığı da onuncu sinirə təkan verir və hıçqırıq aradan qalxır.

Dizlərinizi sinənizə çəkin: oturun, arxaya söykənin və dizlərinizi sinənizə çəkin. Bu diafraqmaya təzyiq edəcək, əzələ çəkilməsinə mane olacaq.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎